Polşa ilə iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə edilib
Tarix: 03.06.2015 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən XXII Beynəlxalq Xəzər Neft və Qaz Sərgi-Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin iştirakı ilə Azərbaycan-Polşa işgüzar görüşü keçirilib. Bakı Biznes Mərkəzində təşkil olunmuş tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, tikinti, maliyyə, ekologiya, inşaat materiallarının istehsalı və digər sahələri təmsil edən iş adamları iştirak edib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Polşa arasında əlaqələrin inkişaf etdiyini, yüksək səviyyəli səfərlərin və görüşlərin əməkdaşlığın inkişafında xüsusi rolunu qeyd etmiş, Polşa nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan-Polşa əlaqələri bir çox sahələri, o cümlədən iqtisadi sahəni əhatə edir və uğurla inkişaf etdirilir. Azərbaycan və Polşa arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışan Şahin Mustafayev kənd təsərrüfatı, sənaye, infrastruktur, İKT, turizm, energetika və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanları diqqətə çatdırıb. Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, ölkəmizdə makroiqtisadi sabitliyin və davamlı iqtisadi inkişafın təmin olunduğu, əlverişli biznes və investisiya mühitinin, müasir infrastrukturun yaradıldığı vurğulanıb, polşalı iş adamları fəal əməkdaşlığa dəvət edilib.
Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski Polşa və Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmiş, ölkəmizdəki inkişafın Polşa tərəfində böyük təəssürat yaratdığını vurğulayıb. Polşa iqtisadiyyatına dair məlumat verən cənab Pexoçinski ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulamış, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Qeyd olunub ki, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı və turizm sahəsində Azərbaycan böyük potensiala malikdir və Polşa tərəfi ölkəmizlə əməkdaşlıqda maraqlıdır. Bundan başqa, sənaye, kiçik və orta sahibkarlıq, investisiya və s. sahələrdə də ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün imkanlar var.
İşgüzar görüş çərçivəsində Azərbaycan və Polşa arasında iqtisadi əlaqələrin genişləndirilməsi (kənd təsərrüfatı, qida sənayesi, infrastruktur, turizm, ekologiya və digər sahələrdə) perspektivləri müzakirə edilib.
Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycan iqtisadiyyatına, ölkəmizin biznes və investisiya mühitinə dair təqdimatla çıxış etmiş, Polşa şirkətləri isə fəaliyyətləri barədə məlumat veriblər.
İşgüzar görüş sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info