“Azərbaycan öz cəsarətinə güvənərək Avropanı Bakıya toplayacaq”
Tarix: 03.06.2015 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Yevgeni İlyuxa: “Bakı ilk Avropa Oyunlarına və qonaqların qəbuluna hazırdır. Azərbaycanda aparılan işlərdən bunu açıq-aydın görmək olur”
Əcnəbi qonaqların Azərbaycan haqqında müsbət fikirləri sözün həqiqi mənasında insana qürur verir. Onlar istər Bakını, istərsə də regionları gəzdikcə ölkəmizə heyran qalırlar. Xüsusən “Bakı-2015”ə ciddi hazırlıqların görülməsi qonaqlar tərəfindən müsbət qarşılanır. Müsahibimiz Yevgeni İlyuxa da Azərbaycanda olan belə qonaqlardan biridir. Qeyd edək ki, “Multimedia texnologiyaları” kompaniyasının meneceri olan Yevgeni İlyuxa Ukraynadandır.
-Azərbaycanda əvvəllər olubsuzmu?
-Xeyir, ilk dəfədir ki, sizin ölkənizə gəlmişəm. Uzun illərdir ki, Azərbaycan haqqında bu ölkədən olan dostlarımın söhbətlərindən eşidirdim. Nəhayət imkan oldu ki, gəlim bu Odlar Yurdunu görüm.
- Azərbaycanı bəyəndinizmi?
-Azərbaycan deyildiyindən də gözəl və heyranedicidir. Şəhərin rəngarəngliyi sevindiricidir. Şəhərdə çoxlu sayda qonaqlar var. Dəniz sahilində gəzərkən havadan neft iyi gəlir, sərin külək əsir. Bakı neftinin qoxusu qanımızı coşdurur. Mən heç vaxt yaxından neft buruğu görməmişəm. Burada adi Bakı evlərinin qarşısından neft çıxır. Bu, əsrarəngizdir. Xoşbəxt ölkəsiniz ki, belə bir sərvətə maliksiz. Çox istərdim ki, Ukraynada da bu qara qızıldan belə çox olsun.
-Azərbaycana gəlişiniz nə ilə bağlıdır?
- Mən Azərbaycana Ukraynadakı Qafqaz Rəqsləri məktəbi və həmçinin “Qafqaz” ansamblının rəhbəri Nicat Mirzəyevlə gəlmişəm. Bir aya yaxın Azərbaycanda qalacağıq. İlk Avropa Oyunlarına tamaşa edəcəyik. Həmçinin Ağcabədidə Azərbaycan toyunda iştirak edəcəyik.
- “Bakı-2015”lə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Bakı ilk Avropa Oyunlarına və qonaqların qəbuluna hazırdır. Azərbaycanda aparılan işlərdən bunu açıq-aydın görmək olur. Azərbaycan öz cəsarətinə güvənərək Avropanı Bakıya toplayacaq. Ukrayna da Avropa ölkəsi olaraq bu Oyunlarda təmsil olunacaq. Ukrayna Olimpiya Komitəsi tərəfindən “Bakı-2015”ə ciddi hazırlıq gedir. Bizim ölkənin 243 idmançıdan ibarət komandası bu Oyunlarda iştirak edəcək. Yeri gəlmişkən, dünən Kiyevin Mərkəzi Olimpiya stadionunda “Bakı-2015” I Avropa Oyunları ilə bağlı kütləvi tanıtım aksiyası keçirilib.
- Ukraynadakı azərbaycanlılarla münasibətiniz necədir?
- Ukraynada mənim çoxlu azərbaycanlı dostlarım var. Mən demək olar ki, elə azərbaycanlı dostların ətrafında böyümüşəm. Azərbaycanlı gənclərlə münasibətim o qədər sıxdır ki, artıq bu dildə kimsə danışanda başa düşürəm. Ən yaxın dostum Nicat Mirzəyevdir. Onunla bizim ailəvi dostluğumuz var. Onların tədbirləri ukraynalılar tərəfindən çox sevinclə qarşılanır. Əksər tədbirlərinə ukraynalılar da ailəvi olaraq gəlib iştirak edilər.
- Dediniz ki, Azərbaycan dilindən anlayışınız var. Bəs, Azərbaycanca ən çox işlətdiyiniz söz hansıdır?
- Bu dil mənim üçün çox əzizdir. Amma mənim ən çox xoşladığım və işlətdiyim “ay, can” və bir də “qardaş” sözləridir. Ən çox xoşladığım mahnı isə Faiq Ağayevin “Azərbaycan” mahnısıdır. Hətta mahnıdan sözlər də deyə bilərəm: “Azərbaycan, Odlar Yurdum mənim. Sən namusum, qeyrətimsən, Vətənim”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info