Su polosu üzrə Azərbaycan millisi İranda beşinci olub
Tarix: 03.06.2015 | Saat: 01:47:00 | E-mail | Çapa göndər


Su polosu üzrə Azərbaycan milli komandası Tehranda keçirilən beşinci “FINA World Water Polo Development Trophy” beynəlxalq turnirində beşinci olub. Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, turnirdə 10 ölkənin komandaları birincilik uğrunda mübarizə aparıb.
Turnirdə Azərbaycan millisi Küveyt yığmasını 9:6, Mərakeş komandasını 17:7 hesabı ilə məğlub edib. Uruqvay yığmasına 11:10, Malta kollektivinə 13:8 hesabı ilə məğlub olduqdan sonra beşinci yer uğrunda görüşdə millimiz İndoneziya komandasına 10:8 hesabı ilə qalib gəlib. Azərbaycan milli komandasının baş məşqçisi Azər Babayev bildirib ki, belə mötəbər yarışda beşinci yer qənaətbəxş nəticədir: “Komanda olaraq Bakıda keçiriləcək birinci Avropa Oyunlarından əvvəl növbəti dəfə gücümüzü sınadıq. Təbii ki, reytinq və iştirak edəcək komandaların gücü baxımından birinci Avropa Oyunlarının səviyyəsi daha yüksəkdir. Burada Avropanın ən güclüləri iştirak edəcək. Amma Tehrandakı turnir özlüyündə çox vacib beynəlxalq yarışdır. Ümumilikdə komandamızın çıxışından razı qaldım”. İran millisi turniri birinci, Uruqvay yığması ikinci, Avstriya komandası isə üçüncü pillədə başa vurub.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
17.11.2018
“Neymar qayıtmaq istəsə, Barcelona-da ona heç kim mane olmayacaq”
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info