Bakı Olimpiya Stadionunda Avropa Oyunlarının sınaq tədbiri keçiriləcək
Tarix: 03.06.2015 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Bakı Olimpiya Stadionunda Avropa Oyunlarının sınaq tədbiri keçiriləcək.
BEGOC-dan bildiriblər ki, 12 iyun tarixində başlayacaq I Avropa Oyunlarından öncə hazırlıqların bir hissəsi kimi şənbə günü - iyunun 6-da Olimpiya Stadionunda sınaq yarışları keçiriləcək.
İctimaiyyət üçün bağlı olacaq bu tədbir axşam saat 08:00-da başlayacaq.
Olimpiya Stadionunun yaxınlığından avtomobillə keçmək istəyən şəxslərə bildirilir ki, Heydər Əliyev prospektinin Babək yol qovşağından Sabunçu yol qovşağınadək olan hissəsi iyunun 6-da axşam saat 16:00-dan gecə saat 02:00-a kimi ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.
Həmçinin, Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi ümumi nəqliyyatın hərəkətinə iyunun 6-da axşam saat 16:00-dan gecə saat 02:00-a kimi bağlı olacaq.
Şəhər sakinlərindən avtobus və metro stansiyalarında həmin gün sərnişin sıxlığının olacağını nəzərə almaları xahiş olunur.
İyunun 6-ı və “Bakı 2015” Avropa Oyunları zamanı nəqliyyatın hərəkəti haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur::
- “Bakı 2015” internet səhifəsi (www.baku2015.com);
- “Bakı 2015” Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;
- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (www.mot.gov.az), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (www.dyp.gov.az) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internet səhifələri;
- Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi (www.facebook.com/niim.gov.az) də daxil olmaqla, NİİM-in məlumat kanalları
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək “Bakı 2015” Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
“Bakı 2015” Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir. 12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.
Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan voleybolçusu karyerasını Yaponiyada davam etdirəcək
21.09.2019
Cüdoçumuz Leyla Əliyeva Özbəkistanda gümüş medal qazanıb
21.09.2019
Real-da Zidanı əvəzləməyə 3 namizəd
20.09.2019
Barcelona daha bir ilki reallaşdıracaq
20.09.2019
Almaniya millisində qapıçı qalmaqalı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info