Nazir:“Azərbaycan qlobal enerji oyunçusuna çevrilib”
Tarix: 03.06.2015 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


“Azərbaycan qlobal enerji oyunçusuna çevrilib”. Bunu Azərbaycanın Energetika naziri Natiq Əliyev Bakıda keçirilən Beynəlxalq Caspian Oil & Gas-2015 konfransında deyib.
O bildirib ki, Avropa özünün enerji təhlükəsizliyinə görə, son dərəcə narahatdır: “Müəyyən mənada buna Ukrayna ilə Rusiyanın gərgin münasibətləri, Rusiya tədarükündən yüksək asılılıq və Şimal dənizində hasilatın aşağı düşməsi təsir göstərib. Təqribən 90 faiz neft, 60 faiz təbii qaz və 42 faiz kömür Avropaya idxal edilir”.
Nazir qeyd edib ki, bu səbəbdən Azərbaycan Qərbin diqqətini çəkib: “Azərbaycan Avropa üçün həm yeni enerji mənbəyidir, həm də yeni marşrutlar təklif edir. Həm də nəzərə almaq lazımdır ki, bura nəinki Azərbaycan qazı, eyni zamanda Mərkəzi Asiya və Yaxın Şərq qazı cəlb edilə bilər. Yəni Azərbaycan nəinki resurslar mənbəyi kimi, həmçinin tranzit ölkə kimi də çıxış edə bilər”.
N.Əliyevin sözlərinə görə, Azərbaycan dünyada energetika sahəsində əsas oyunçulardan birinə çevrilib: “Buna bir neçə amil səbəb olub. Azərbaycanın böyük enerji ehtiyatı var. Yaxın illərdə neft hasilatının səviyyəsini saxlamağa, qaz hasilatını isə iki dəfə artırmağa çalışacağıq. Bu imkan verəcək ki, ixrac potensialımızı əhəmiyyətli dərəcədə artıraq. Bundan başqa, Azərbaycanda bütün zəruri infrastruktur yaradılıb və tezliklə qazın emalı üzrə yeni proqram həyata keçiriləcək. Həmçinin Azərbaycan artıq o səviyyəyə çatıb ki, öz maliyyə resursları hesabına böyük layihələri reallaşdıra bilər”.
Nazir əlavə edib ki, Azərbaycan nəinki özünə, eyni zamanda bütün region üçün imkan yaradır: “Cənub qaz dəhlizi”nə əməkdaşlıq memorandumu imzaladığımız Türkmənistan, İran, İraq, hətta İsrail və Kipr qazı da qoşula bilər. Bunun arxasında Azərbaycanın gördüyü böyük işlər dayanır”
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info