Macarıstan idmançılarının Azərbaycana yola salınması ilə bağlı mərasim keçirilib
Tarix: 03.06.2015 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Azərbaycanın Macarıstandakı səfirliyinin və Macarıstan Milli Olimpiya Komitəsinin (MOK) birgə təşkilatçılığı ilə “Bakı-2015” I Avropa Oyunlarında iştirak edəcək macar komandasının Azərbaycana yola salınması ilə bağlı mərasim keçirilib.
Səfirlikdən verilən məlumata görə, oyunlara Macarıstandan 200-dən çox atlet qatılacaq. Bütünlükdə isə macar komandasının tərkibinə 300 nəfərə yaxın idmançı və idman mütəxəssisi daxildir.
Macarıstan MOK-nin baş katibi Bence Çabo Bakıda yüksək səviyyədə təşkil olunan Birinci Avropa Oyunları ilə Avropa idmanının tarixində yeni səhifə açıldığını bildirib. O, ev sahiblərinin əsl idman mübarizəsi üçün tələb olunan bütün şəraiti yaratdığını deyib və Bakının təcrübəsinin sonrakı illərdə bu cür böyük idman yarışlarının keçirilməsinə ev sahibliyi edəcək ölkələr üçün zəruriliyini vurğulayıb.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev son illərdə ölkəmizdə idmanın inkişafına göstərilən yüksək qayğıdan söz açaraq, Bakının 49 Avropa ölkəsindən gələcək 6 min atleti yüksək səviyyədə qəbul etməyə hazır olduğunu bildirib.
Macarıstan Milli Resurslar Nazirliyinin dövlət katibi İştvan Simiçko və Macarıstan MOK-nin icraçı direktoru Laslo Fabian çıxışlarında macar idmançıların qarşısında duran vəzifələrdən danışıblar.
Macar idmançıların ilk dəstəsinin Bakıya iyunun 6-da yola düşməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info