Y.Pexoçinskiy: “Azərbaycan Avopanın və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”
Tarix: 03.06.2015 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Bakıda 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı öz işinə başlayıb.
Konfransı “ITE Group” şirkətinin baş müşaviri Ser Endrü Vud aşıb. O, konfransda 30 ölkədən 500-dən çox nümayəndənin iştirak etdiyini, ildə bir dəfə keçirilən bu cür görüşlərin həm mütəxəssislər, həm də bütövlükdə neft–qaz sənayesi üçün çox vacib olduğunu deyib.
“Avrasiya enerji təchizatı təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda ilk plenar sessiyada çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, hər bir ölkə öz eneji təhlükəsizliyini təmin etməkdə maraqlıdır. Məlumat verilib ki, Avropa ölkələri bu gün 90 faiz xam neft, 60 faiz qaz və ümumilikdə gündəlik 1 milyard dollar dəyərində enerji resursları idxal edir. 2035-ci ildə isə Avropada bu resursların idxalının xeyli artacağı gözlənilir. Bununla bir vaxtda Avrasiya enerji təchizatı təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu da artır.
Sessiyada çıxış edən Polşanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskiy Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan danışıb. Bildirib ki, bu gün Azərbaycan qitəni təbii qazla təmin etmək üçün olduqca əhəmiyyətli layihələr reallaşdırır və Polşa onun bu səylərini dəstəkləyir. Yanuş Pexoçinskiy qeyd edib ki, Azərbaycan həm Avopanın, həm də dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Səfa Sadiq Aytekin isə Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdığı Trans Anadolu qaz boru kəmərinin (TANAP) əhəmiyyətindən söhbət açıb. O bildirib ki, TANAP “Cənub” qaz dəhlizinin digər layihələrinin həyata keçirilməsində önəmli rol oynayacaq. Nazir müavini Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin enerji təhlükəsizliyinə verdiyi töhfələrdən də danışıb.
Böyük Britaniyanın sabiq energetika naziri və Böyük Britaniya baş nazirinin Azərbaycanda xarici ticarət elçisi Çarlz Hendri qeyd edib ki, Azərbaycan bu gün öz təbii ehtiyatlarının, coğrafi mövqeyinin üstünlüklərindən istifadə edərək çox cəsarətli addımlar atır və mühüm layihələr reallaşdırır.
Konfrans işini digər sessiyalarla davam etdirir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info