Çin mətbuatı Azərbaycan səfirliyinin keçirdiyi tədbirləri geniş işıqlandırıb
Tarix: 03.06.2015 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Çinin kütləvi informasiya vasitələri Azərbaycanın bu ölkədəki səfirliyinin ötən həftə keçirdiyi tədbirləri geniş işıqlandırıb. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbul və konsert, habelə “Pekində görüş” beynəlxalq incəsənət festivalı çərçivəsində Azərbaycan musiqi gecəsi barədə Çinin həm yazılı, həm də elektron mətbuatında bir çox reportajlar yayımlanıb. Dünyanın ən böyük informasiya agentliklərindən biri olan Sinxua, geniş oxucu kütləsinə malik gündəlik “Jenmin Jibao” qəzeti, bir milyard tamaşaçı auditoriyası olan Çin Mərkəzi Televiziyası – CCTV, 50-dən çox dildə yayımlanan Çin Beynəlxalq Radiosu, “Çin” jurnalı, www.news.163.com xəbər portalı və digər KİV-lər sözügedən tədbirlər barədə 20-dən çox dolğun materiallar hazırlayıb.
Həmin materiallarda Azərbaycanın Çindəki səfiri Lətif Qəndilova istinadla bildirilir: “Azərbyacan Qərb və Şərq arasında etibarlı nəqliyyat dəhlizinin yaradılması üzərində işləyir. Bu məsələdə Türkiyə, Gürcüstan və Qazaxıstanla əməkdaşlığımız var. Hesab edirik ki, Çinin bu məsələdə iştirakı ilə daşınma müddətini və xərclərini azalda bilərik”.
Çin KİV-ləri Azərbaycan incəsənət ustalarının “Pekində görüş” festivalında iştirakının ölkələrimizin mədəni əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayır. Qeyd edilir ki, Çin Milli Opera və Rəqs Dram Teatrının simfonik orkestrinin üzvləri tanınmış dirijor Yalçın Adıgözəlovla və Azərbaycanın xalq musiqisi ifaçıları ilə işləməkdən zövq alıblar: “İki ölkənin musiqiçilərinin məşq üçün cəmi iki gün vaxtları olmasına baxmayaraq, onlar səylə çalışıblar”.
Son vaxtlar Çin mətbuatının Azərbaycana, ölkəmizdə gedən proseslərə, həyata keçirilən inkişaf tədbirlərinə marağının artması müşahidə olunur. Ötən il Şanxayda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin ÇXR sədri Si Cinpin ilə görüşündən sonra bu diqqət daha da artıb.
Çin KİV-lərinin Azərbaycan barədə materiallarının sayının artmasında ölkəmizin Pekindəki səfirliyinin apardığı mütəmadi işin və AZƏRTAC-ın Çin dilində xəbərlər yaymasının rolu böyükdür.
Mövzu ilə bağlı fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşən Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov deyib ki, böyük tarixə və mədəniyyətə malik olan Çində Azərbaycan mədəniyyətinin daha geniş təbliğinə ehtiyac var. Biz şərq xalqları olaraq bir-birimizin mədəniyyətini daha yaxşı başa düşürük. Bu baxımdan Azərbaycan mədəniyyəti Çin ictimaiyyəti üçün maraq doğurur. Elə “Pekində görüş” festivalı çərçivəsində Azərbaycan musiqiçilərinin konsertinə Çin ictimaiyyətinin və KİV-lərinin göstərdiyi diqqət də bu maraqdan yaranır. Öz növbəsində, Çin mədəniyyətinin Azərbaycanda da tanıdılması üçün müxtəlif tədbirlərin təşkili, məsələn Çin operasının səhnəyə qoyulması musiqisevərlərimiz üçün maraqlı olardı.




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
İsraildə koronavirusa yoluxanların sayı 9,2 mindən çox olub
07.04.2020
ABŞ-da koronavirus qurbanlarının sayı 12 min nəfəri keçib
07.04.2020
Dünyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb
07.04.2020
Fransada koronavirusdan ölənlərin sayı 10 mini ötüb
07.04.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 725 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info