“Bakı 2015” Rusiyada 53 milyon evdə izləniləcək
Tarix: 03.06.2015 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Bu gün “Bakı 2015” Avropa Oyunları Rusiyanın “Rossiya” milli televiziya kanalı ilə müqavilə imzalayıb. Bununla da, kanal qonşu ölkədə birinci Avropa Oyunlarını həm ödənişsiz yayım şəbəkəsi, həm də kabel televiziyası vasitəsilə nümayiş etdirmək hüququ əldə edib. Müqaviləyə əsasən, 12-28 iyun tarixlərində keçiriləcək birinci Avropa Oyunları Rusiyada 53 milyon evə yayımlanacaq.
“Rossiya 2” (ödənişsiz yayım), “Sport”, “Sport 1” və “Döyüş klubu” (kabel televiziyası) kanallarının birlikdə həyata keçirəcəkləri gündəlik 10 saatlıq yayım vasitəsilə rus tamaşaçılar Bakıdakı idman tədbirini izləyə biləcəklər. Eyni zamanda, Rusiyanın iki aparıcı idman veb səhifəsi – “Vesti.ru” və “Sportbox.ru” da Oyunların onlayn yayımını həyata keçirəcək.
“Bakı 2015”in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Mən, Birinci Avropa Oyunlarının bu cür önəmli bazarda yayımına nail olmaq üçün “Rossiya” televiziya kanalı ilə razılıq əldə etməyimizdən məmnunam. Rusiya Olimpiya Komitəsi Bakıya 300-dən çox ən yaxşı idmançısını göndərəcək və bu ölkənin coşğulu idman ictimaiyyəti də “Rossiya” televiziya kanalı ilə qurduğumuz tərəfdaşlıq çərçivəsində, bütün platformalar üzrə geniş yayımdan zövq alacaq”.

“Rossiya” televiziya kanalının İdman şöbəsinin rəhbəri Aleksandr Tasçin deyib: “Birinci Avropa Oyunları dünyanın ən irimiqyaslı idman tədbirlərindən biridir. Bir faktı da nəzərə almaq lazımdır ki, Avropa Oyunları 12 idman növü üzrə Rio 2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanları verir. Eyni zamanda, bizim üçün milli komandamızın uğurlarını nümayiş etdirmək olduqca mühümdür. Rusiya Oyunlarda ən böyük yığma ilə təmsil olunacaq. Məhz buna görə də, biz “Rəqəmsal televiziya” RTR paketinə daxil olan üç kanal vasitəsilə maksimum şəkildə bütün yarışların yayımını televiziya tamaşaçılarına təqdim etməyə hazırıq”.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info