“Azərbaycan torpaqlarının işğalı regionun təhlükəsizliyinə, iqtisadi inkişafına zərər vurur”
Tarix: 03.06.2015 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


ABŞ-ın Corc Vaşinqton Universitetinin Mərkəzi Asiya Proqramı tərəfindən dünyanın ən tanınmış beyin mərkəzlərindən olan Hudson İnstitutunun baş elmi işçisi və Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Riçard Veytzin (Richard Weitz) “Xəzər üçlükləri: Azərbaycanın üçtərəfli diplomatiyası – yeni dövrə yeni yanaşma” (Caspian Triangles: Azerbaijan`s Trilateral Diplomacy - A New Approach for a New Era) adlı hesabatı dərc edilib. R.Veytz eyni zamanda Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin (Center for a New American Security, CNAS) baş elmi işçisidir.
Hesabatda Azərbaycan Respublikasının son illərdə həyata keçirdiyi üçtərəfli regional xarici siyasət strategiyasının ayrı-ayrı elementlərindən – Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistan, onun beynəlxalq təhlükəsizliyə verdiyi töhfə baxımından əhəmiyyətindən, xüsusilə bu üçtərəfli münasibətlərin əsas təşəbbüskarı kimi Bakının rolundan bəhs edilir.
Hesabatda göstərilir ki, son dövrlərdə Azərbaycan Respublikası Xəzər-Qafqaz bölgəsində soyuq müharibə dövrünün “kölgəsindən” və yeni regional qarşıdurmalardan yayınaraq, bölgənin iqtisadi potensialını ortaya çıxaran və geosiyasətini dəyişmək gücünə malik üçtərəfli diplomatiya həyata keçirməkdədir. Azərbaycan Türkiyə ilə birlikdə Gürcüstan, İran və Türkmənistanla münasibətləri yeni müstəviyə çıxarmağa çalışaraq, bölgədə çoxtərəfli layihələr həyata keçirməklə regional, iqtisadi və enerji təhlükəsizliyini gücləndirəcək və Avrasiya qitəsi dövlətləri arasında münasibətləri inkişaf etdirəcək siyasət həyata keçirməkdədir. Son illərdə Azərbaycanın həyata keçirdiyi üçtərəfli xarici siyasət strategiyası Xəzər dənizi hövzəsinin və Cənubi Qafqazın digər ölkələri arasında da münasibətlərin dərinləşdirilməsinə xidmət edib.
Hesabatda xüsusi vurğulanır ki, Azərbaycan bölgədə son zamanlar dərinləşən üçtərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsidir. Bu strategiya ölkənin milli təhlükəsizlik, iqtisadi inkişaf və geosiyasi müstəqillik siyasətini, eləcə də digər dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrini tamamlayır. Məhz bu cür siyasət Azərbaycana bir sıra geosiyasi vəzifələri həyata keçirməyə imkan verir. Belə ki, bu strategiya həyata keçirilməsəydi, Azərbaycan həqiqətən də daha böyük geosiyasi güclər tərəfindən öz siyasətlərinə tabe etdirilmə təhlükəsi ilə üzləşə bilərdi. Çünki geosiyasi reallıq ondan ibarətdir ki, Azərbaycan son illərdə iqtisadi və siyasi baxımdan çox güclənsə də, obyektiv səbəblər - böyük dövlətlərlə müqayisədə əhalisinin az və ərazisinin kiçik olmasına görə öz təhlükəsizliyi üçün ciddi təhdidlərlə üzləşə bilər. Ona görə də, Azərbaycan münasibətlərini elə qurmağa çalışır ki, onların hər hansı biri ilə əməkdaşlıq digər ölkələrə qarşı çevrilməsin. Müəllif bu məqamı dəqiqləşdirərək göstərir ki, Azərbaycan Qərblə münasibətlərində elə balans axtarmağa çalışır ki, bu münasibətlər Rusiyanın bölgədəki mövcud mövqelərinə qarşı çevrilməsin. Bu cür strategiyaya əsasən Azərbaycan müxtəlif dövlətlərlə qarşılıqlı mənfəətə hesablanmış tərəfdaşlıq münasibətləri quraraq antaqonist münasibətləri nizamlaya bilir. Bununla bağlı olaraq müəllif Prezident İlham Əliyevin “bu üçtərəfli münasibətlərin əhəmiyyəti regional sərhədləri aşır və Avropanın enerji təhlükəsizliyinə töhfə vermə baxımından qlobal əhəmiyyət daşıyır” fikrinə xüsusi yer verir.
Hesabatda həmçinin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20%-nin işğal edilməsi fikri bir neçə dəfə təkrarlanır, bu təcavüzün Azərbaycanın, eləcə də regionun təhlükəsizliyinə, sabitliyinə və iqtisadi inkişafına vurduğu zərərdən bəhs olunur.
Müəllif bu üçtərəfli münasibətlərdə iştirak edən dövlətlər arasında mürəkkəb əlaqələrin yaxın tarixinə nəzər salır, yaşanan problemlərə baxmayaraq, Azərbaycanın təşəbbüsü və liderliyi ilə bu cür çətinlikləri aşma istiqamətində fəaliyyətlərə geniş yer verir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info