“ASAN xidmət”də Mülki Aviasiya günü qeyd olunub
Tarix: 03.06.2015 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


“ASAN xidmət” Milli Aviasiya Akademiyası ilə birgə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Mülki Aviasiya gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Azərbaycan Milli Aviasiya Tarixi Muzeyinin böyük elmi işçisi Yeganə Muradova, Milli Aviasiya Akademiyasının elmi katibi Xəqani Abdullayev və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən, 2 iyunun hər il ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edildiyini və “ASAN xidmət” mərkəzlərində dövlət orqanlarının peşə bayramı günlərinə xüsusi yanaşıldığını diqqətə çatdırıb. O, qeyd edib ki, son illərdə ölkəmizdə mülki aviasiya sürətlə inkişaf edərək yük, sərnişin daşınmasında tamamilə yeni mərhələyə keçib və bu gün müstəqil Azərbaycanın aviasiya sistemi dünyada xüsusi çəkiyə malikdir.
Azərbaycan Milli Aviasiya Tarixi Muzeyinin böyük elmi işçisi Yeganə Muradova zəngin ənənələrə malik mülki aviasiyanın bu gün öz inkişafının keyfiyyətcə yeni mərhələsini yaşamasından, mülki aviasiyamızın inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.
Milli Aviasiya Akademiyasının elmi katibi Xəqani Abdullayev çıxış edərək mülki aviasiyamızda güclü və ixtisaslı milli kadrların formalaşdığını və gənc aviatorlarımızın bu gün ölkənin veteran pilotlarının şərəfli əmək yolunu uğurla davam etdirdiklərini vurğulayıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info