“Aykakan Jamanak”: “Ermənistanda xarici investisiya 2 dəfə azalıb”
Tarix: 03.06.2015 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


“Ermənistan Milli Statistika Xidməti ölkədə iqtisadi artım qeydə alıb, əslində isə bunlar saxta rəqəmlərdir”. Bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzetinin müxbiri Ayk Gevorqyan yazıb. Onun sözlərinə görə, Ermənistan Milli Statistika Xidmətinin ölkədəki 2,2 faizlik iqtisadi artım haqqında hesabatı yalandır: “Necə ola bilər ki, iqtisadiyyata qoyulan investisiyalar azalır, amma iqtisadiyyat artır? 3 ayda daxili investisiya 0,1 faiz, xarici investisiya isə 2 dəfə azalıb. Başqa sözlə iqtisadiyyatın inkişafına təkan verən əsas amil ixtisar olunub”.
Gevorqyanın sözlərinə görə, ötən ilin birinci kvartalı ilə müqayisədə pərakəndə ticarət 6,4 faiz, Ermənistandan ixracat 23 faiz azalıb. Ötən ilə nisbətən bu il ölkəyə 4 faiz az turist gəlib. Bütün bunlar onu göstərir ki, Ermənistan Milli Statistika Xidmətinin iqtisadi inkişaf haqqında yaydığı məlumat saxtadır.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info