Rusiya “Bakı-2015”dən yalnız qızıl medal aparmaq istəyir
Tarix: 03.06.2015 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


Rusiya komandası birinci Avropa Oyunlarında çimərlik futbolunda kişilər arasında turnirə favorit kimi qatılır. Onlar çimərlik futbolu üzrə FİFA Dünya kuboku və Avropa Liqasının ikiqat qalibidirlər.
Rusiya Çimərlik Futbolu Federasiyasının prezidenti Sergey Şamray mətbuat konfransında bildirib ki, Rusiya komandası ikiqat dünya çempionu kimi Bakıya ən güclü heyətlə yollanır: "Bizim məqsədimiz nədir? Məqsədimiz maksimal nəticədir”.
Rusiya komandasının baş məşqçisi Mixail Lixaçov da onun fikirlərini bölüşüb: “Bu, çimərlik futbolu tarixində yeni səhifədir. Bizim komandamız bu yarışın ilk qalibi kimi tarixə düşmək üçün əlindən gələni edəcək”.
Lixaçov mümkün isti hava şəraitinin Rusiya komandasına təsir edəcəyindən narahat olmadığını bidlirib.
"Bizim komandamız müxtəlif hava şəraitində çıxış etmək təcrübəsinə malikdir. Bundan başqa, komandamızın oyunları axşam saatlarında keçiriləcək ki, onda da hava sərin olacaq", - deyə məşqçi fikirlərini tamamlayıb.
Lixaçovun fikrincə, “Bakı-2015”-də çıxış edən səkkiz komandanın hər biri medallar uğrunda mübarizə aparacaq. Bununla belə, o, Portuqaliya, İsveçrə və İspaniya komandalarının daha yaxşı çıxış edəcəyini gözləyir.
Rusiya komandası B qrupunda Macarıstan, İtaliya və İspaniya ilə mübarizə aparacaq. Qrupdakı ən yaxşı iki komanda, Azərbaycan, Portuqaliya, İsveçrə və Ukraynanın yer aldığı A qrupunun ən yaxşı iki komandası ilə yarımfinal mərhələsində qarşılaşacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib
12.11.2018
Yeniyetmə azərbaycanlı güləşçi beynəlxalq turnirin qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info