Ukrayna aviaşirkətidən “Bakı-2015”ə dəstək
Tarix: 03.06.2015 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


“Dneproavia” aviaşirkəti Birinci Avropa oyunlarını nəzərə alaraq iyunun 6-dan etibarən möhtəşəm idman yarışında iştirak edəcək idmançıların və azarkeşlərin rahat gediş-gəlişini təmin etmək üçün Dnepropetrovsk-Bakı tyəyyarə reysində xüsusi xidmət növündən istifadə edəcək.Şirkətin Azərbaycan üzrə nümayəndəsi Əziz Əliyev bildirib ki, birinci Avropa Oyunlarında iştirak etmək üçün Ukraynadan Bakı şəhərinə gələcək hər bir idmançıya və azarkeşə yüksək xidmət göstəriləcək, onlara Bakının qədim abidələri və müasir istirahət mərkəzləri ilə tanış olmaları üçün informasiya bukletləri paylanılacaq. Onun sözlərinə görə, şirkət həmçinin Avropa Oyunlarında iştiraklarını müvafiq sənədlə təsdiq edən sərnişinləri güzəştli biletlərli ilə dəsevindirəcək: “Biz çalışacağıq ki, doğma Bakımıza gələn hər bir qonağa ölkəmiz haqqında dolğun məlumat verilsin. “Dneproavia” şirkəti bu istiqamətdə üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələcək. Bildiyiniz kimi, Şərqi Ukraynada 2 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bölgədə həmçinin on minlərlə soydaşımız yaşayır. Onlar Ukraynanın Dnepropetrovsk, Xarkov, Zaporojye, Poltava, Sumi və digər şəhərlərindən vətənə gəlib-getmək üçün mütləq hər dəfə əlavə 500-600 km məsafə qət etməklə Kiyevin Borispol hava limanından istifadə edirdilər ki, bu da onlara vaxt itkisi və maddi baxımdan baha başa gəlirdi. Biz soydaşlarımıza bu istiqamətdə yüksək xidmət göstərməklə, onların vətənə gəlib-getməsinin asanlaşdırılmasına da öz töhfəmizi verəcəyik”.
Qeyd edək ki, Dnepropetrovsk-Bakı təyyarə reysi ilkin olaraq uçuşlarını iyunun 6-dan başlayaraq hər həftənin bazar günü yerli vaxtla saat 14-00-da Dnepropetrovsk şəhərindən, 19-30-da isə Bakıdan həyata keçirəcək. Şirkət sərnişinlərin tələbinə uyğun olaraq, iyul ayından etibarən reysin sayını həftədə 2 dəfəyədək artırmağı da nəzərdə tutub. Yeni təyyarə reysinə bilet almaq istəyən sərnişinlər Dniproavia.com saytına və istənilən aviabilet satışı agentliklərinə müraciət edə bilərlər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info