Q.Birrel: “Əsas müqavilələr üzrə işə cəlb olunanların 85 faizindən çoxu azərbaycanlılardır”
Tarix: 03.06.2015 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Layihəsi çərçivəsində əlavə olaraq ildə 16 mlrd. kubmetr qazı nəql edə bilmək üçün mövcud CQBK-yə paralel şəkildə 489 km uzunluğunda yeni 48 düymlük boru kəməri dövrəsi inşa edilməklə mövcud CQBK sistemi genişləndiriləcək. CQBKG layihəsinə həmçinin bir sıra qurğuların tikintisi də daxildir. Bunu Bakıda keçirilən neft-qaz konfransında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel bildirib. Onun sözlərinə görə, bunlar Gürcüstanda yerləşən və hər birinin gücü 129 MVt olan iki yeni kompressor stansiyasından, iki aralıq ərsinləmə stansiyasından (biri Azərbaycanda və biri Gürcüstanda olmaqla), 48 düymlük altı bağlayıcı siyirtmə stansiyasından (biri Gürcüstanda və beşi Azərbaycanda olmaqla), beynəlxalq sərhədlərdə yerləşən təzyiq azaltma və ölçmə stansiyalarından, Gürcüstan-Türkiyə sərhədində yerləşən TANAP-a birləşmə qovşağından ibarətdir: “May ayında ilk qaz üzrə BP-nin operatorluq etdiyi layihələr çərçivəsində (Şahdəniz Mərhələ 2 və CQBKG) layihə işləri üzrə təxminən 40% irəliləyiş əldə olunub, bütün əsas müqavilələr üzrə 12500 nəfərdən artıq insan işlərə cəlb olunub və onların 85 faizindən çoxu Azərbaycan vətəndaşlarıdır”. Q. Birrel deyib ki, BP şirkəti ilk dəfə olaraq sualtı konstruksiyaların tikintisinin bütövlüklə Azərbaycan daxilində həyata keçirilməsinə imkan yaratmaq üçün qaynaq, müayinə və örtükləmə sistemləri üzrə ən müasir texnologiyalara investisiya qoyulur: “Yerli şirkətlər də bu layihələrdən əhəmiyyətli dərəcədə faydalanıb. Azərbaycan şirkətləri ilə dəyəri 5,5 mlrd. dollardan artıq olan yeni müqavilələr imzalanıb”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info