Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Uelsdə beynəlxalq toplantı keçirilir
Tarix: 03.06.2015 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Uelsdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Koreya hökuməti və Uels hökumətinin dəstəyi ilə “İnterAction” Şurasının 32-ci illik toplantısı keçirilir. Toplantıda əsas müzakirə mövzusu Rusiya və Qərb münasibətləri, o cümlədən Ukrayna böhranının həlli məsələsidir. Toplantı çərçivəsində, 2016-cı ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunacaq IV Qlobal Bakı Forumuna hazırlıq və “İnterAction” Şurasının 33-cü illik toplantısına ev sahibliyi müzakirə olunub.
Toplantının işində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vaira Vike-Frayberqa, Mərkəzin üzvləri - Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Kolumbiyanın sabiq Prezidenti Andres Pastrana, eləcə də Argentina, Meksika, Yunanistan, Kolumbiyanın sabiq Prezidentləri və Kanada, Yeni Zellandiya, İordaniya, Rusiya, İrlandiya, İngiltərənin sabiq Baş nazirləri iştirak edir.
Qeyd edək ki, “İnterAction” Şurası sabiq prezident və baş nazirləri birləşdirən nüfuzlu beynəlxalq təşkilatdır. 1983-cü ildə yaradılmış qurumun əsas məqsədi bəşəriyyəti narahat edən siyasi, iqtisadi və sosial məsələlərin həllində təcrübəsini, enerjisini və beynəlxalq əlaqələrini səfərbər etmək üçün sabiq liderləri bir araya gətirməkdir. Qurumun 30-dan çox üzvü var və onlar hər il toplaşaraq qlobal problemlərin həlli üçün tövsiyələr işləyib hazırlayırlar. Şuranın üzvləri sırasında dünya siyasətinin ən tanınmış simaları Helmut Şmit (Almaniyanın Kansleri, 1974-1982), Jan Kretyen (Kanadanın Baş naziri, 1993-2003), Franz Vranitzki (Avstriyanın Kansleri, 1986-1997), Bill Klinton (ABŞ Prezidenti, 1993-2001), Valeri Jiskar d`Esten (Fransanın Prezidenti, 1974-1981), Alain Juppe (Fransanın Baş naziri, 1995-1997), Seyid Məhəmməd Hatəmi (İran Prezidenti, 1997-2005) və digər tanınmış siyasətçilər var.
“İnterAction” Şurası ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı bu ilin aprel ayında Bakıda keçirilən III Qlobal Bakı Forumu çərçivəsində başlayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info