“ICM Research”: “Qərblilər şəxsi məlumatlarının internetdə yayılmasından narahatdırlar”
Tarix: 03.06.2015 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


“Ya internetə hansısa bir ölkə kimi yanaşaraq qanunlar tətbiq etmək, ya da ona silah kimi yanaşmaq lazımdır”

"Sputnik. Mneniya"nın sorğusuna görə, Qərbdə rəyi soruşulan respondentlərin 36 faizi hesab edir ki, sosial şəbəkələr və İT şirkətləri onların məlumatlarını qeyri-qanuni olaraq ABŞ təhlükəsizlik orqanlarına verir. Bununla yanaşı, ekspert Andrey Masaloviçin fikrincə, hətta internetdən imtina da qorunmanı təmin etmir. "Sputnik. Mneniya" layihəsi çərçivəsində “ICM Research” Britaniya şirkəti tərəfindən keçirilmiş “Sputnik” agentliyi üçün keçirilmiş sosioloji sorğu, amerikanların və avropalıların şəxsi məlumat sirlərinin saxlanılması məsələsində narahatlıqlarını üzə çıxarıb.
Sosioloji sorğuya görə, Avropa və Amerikada respondentlərin yetərincə böyük qismi (36 faiz) hesab edir ki, dünyadakı ən böyük sosial şəbəkələr və İT şirkətləri onların şəxsi məlumatlarını qeyri-qanuni şəkildə ABŞ Milli Təhlükəsizlik Agentliyinə ötürür. Almaniyada bu cür düşünənlər 47 faiz, Fransada 38 faiz təşkil edir. Böyük Britaniya və ABŞ-da isə rəyi soruşulanların demək olar ki, üçdəbiri – müvafiq olaraq, 31 faiz və 29 faizi hesab edir ki, şirkətlər ABŞ təhlükəsizlik qurumuna məlumatlara birbaşa çıxış imkanı yaradır, bu isə qanunsuzdur. Bununla yanaşı, cəmisi respondentlərin 9 faizi hesab edir ki, beynəlxalq sosial şəbəkələrin və böyük İT şirkətlərin nümayəndələri şəxsi məlumat sirlərini qoruyur.
Qeyd edək ki, sorğu “ICM Research” tərəfindən martın 20-dən aprelin 9-a qədər Böyük Britaniyada, Fransada, Almaniyada, ABŞ-da keçirilib. Sorğu üçün 4000 nəfər seçilib. Hər ölkə üçün 1000 nəfər seçilib. Seçim əhalinin cinsinə, yaşına və coğrafiyaya görə aparılıb. “RİA Novosti” qeyd edir ki, bu sorğu bir sıra problemləri üzə çıxarıb: “Birincisi, ABŞ xüsusi xidmət orqanlarına tarixən olan inamsızlıq burada özünü doğruldub. Artıq uzun illərdir, dünya, amerikan xüsusi xidmət orqanları tərəfindən necə gəldi, aparılan hüdudsuz izləmələrlə bağlı qalmaqallardan sarsılıb. Bu izləmələr təkcə adi vətəndaşları yox, siyasətçiləri, BMT və digər beynəlxalq qurumların nümayəndələrini də əhatə edir. Bu isə avropalıları incitməyə və qorxutmağa başlayıb. İkincisi, bizim şəxsi məlumatlar hazırda böyük İT şirkətlərindən tutmuş, internet-mağazalara qədər çoxlu sayda yerlərdə saxlanılır. İnsan nəzarətsiz yerləşdirilmə şəraitində özünü təhlükədə və köməksiz hiss edir.
Sonuncusu isə kütləvi saxtalaşdırmadır. Biz bunu Ukrayna hadisələrində müşahidə etməyə başladıq.
Hər cür məlumatlar təkcə yayılmır və yerləşdirilmir, həm də bütün imkanlardan yararlanmaqla, saxtalaşdırılır: Tarix və vətəndaşların şəxsi işi yenidən yazılır.
Bu barədə “Sputnik” radiosunun efirində “İnforus” konsorsiumunun prezidenti, informasiya təhlükəsizliyi ilə bağlı ekspert Andrey Masaloviç danışıb. O əmindir ki, hətta internetdən tamamilə imtina da bəşəriyyəti qorumur: “İstifadəçilərin özü yetərncə köməksizdir. İnsan qərar qəbul edə və qətiyyən sosial şəbəkəyə girməyə bilər. Amma bir sıra məsələlərə görə, o, təhlükəsiz ola bilməz. Məsələn, siz ABŞ-da hansısa Makdonalds restoranına girsəniz, orada ilk kosmonavt qadının amerikan olduğu və 1983-cü ildə kosmosa uçduğu barədə informasiya oxuya və şəkil görə bilərsiniz. Onların yeni nəsli bu cür tərbiyə olunur. Ona görə də siz onsuz da saxtalaşdırma qarşısında köməksiz qalacaqsınız.
O cümlədən, siz internetə girmədən də, internetdə, sosial şəbəkələrdə informasiyalar yerləşdirəcəklər və hətta, o informasiyalar sizə də aid ola və sizi kütlə qarşısında rüsvay etməyə hesablana bilər”.
Onun fikrincə, internet mahiyyətcə, ayrıca bir məkan və ya ölkədir ki, oradakı proseslər qanunvericiliyə uyğun tənzimləmə tələb edir: “İnternet bir milyard yarımlıq insanı əhatə edən bir ölkədir ki, burada hələ də qanunlar bərqərar olmayıb. Yəni internetə ya hansısa bir ölkə kimi yanaşaraq qanunlar tətbiq etmək, ya da ona öldürücü olmayan silah kimi yanaşmaq lazımdır.
Zamanında, kimyəvi və bakterioloji silahlara qarşı qanunlar tətbiq edilib. İndi isə internetdə informasiyaların yayılması ilə bağlı qanunlar qəbul etmək lazımdır”.
Qeyd edilir ki, Qərbdə əhali arasında bu baxımdan narahatlıqlar artır. Ekspert Leonti Bukşteyn əmindir ki, hakimiyyət öz vətəndaşları haqqında məlumat toplamaq hüququna malikdir: “O başqa məsələdir ki, bu məlumatlar necə istifadə olunacaq”. Onun fikrincə, dövlətin öz vətəndaşları haqqında məlumat toplamasında heç bir qəbahət yoxdur: “Amma hazırda ABŞ tərəfindən bu sahədə digər dövlətlərə müdaxilə edilir”.
Buradan bir haşiyə çıxaq. Qərbin özündə aparılan araşdırma göstərir ki, internetdə belə, Qərb ölkələrinin sakinlərinin hüquqları tapdalanır, onların şəxsi məlumatları və sirləri xüsusi xidmət qurumları tərəfindən açılır və sair. Bu, hələ təkcəinternetdə baş verən qanun pozuntusu və insan haqlarının tapdalanması halıdır. İnsan haqları ilə bağlı həmişə digər dövlətlərə irad tutmağa adətkərdə olmuş Qərb, bu məsələdə niyə öz gözündə “tiri” görmür? Yaxud hazırda Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına görə, bütün dünyanın gözünün ölkəmizdə olduğu bir vaxtda, niyə bizdə “insan haqları ilə bağlı problem” axtarırlar, amma özlərinin bu sahədə ciddi qəbahətləri barədə susurlar?
Buradan da onların qərəzi və ikili standartları bir daha ifşa olunur...

İlkin AĞAYEV



“Artıq uzun illərdir, dünya, amerikan xüsusi xidmət orqanları tərəfindən necə gəldi, aparılan hüdudsuz izləmələrlə bağlı qalmaqallardan sarsılıb. Bu izləmələr təkcə adi vətəndaşları yox, siyasətçiləri, BMT və digər beynəlxalq qurumların nümayəndələrini də əhatə edir. Bu isə avropalıları incitməyə və qorxutmağa başlayıb”




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info