Rumıniya səfiri İqtisadiyyat və Sənaye Nazirliyində olub
Tarix: 04.06.2015 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunu qəbul edib. Görüşdə Şahin Mustafayev Azərbaycan və Rumıniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulamış, “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə”nin imzalanmasının ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfə verdiyi qeyd edilib. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edən Şahin Mustafayev komissiyanın növbəti iclasının sentyabrda keçirilməsini təklif edib.
Görüşdə Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.
Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu qəbula görə təşəkkür etmiş, ölkələrimiz arasında dostluq münasibətlərini qeyd edib. Bakıda keçiriləcək I Avropa Oyunlarında Rumıniyanın 200-dən çox idmançı, eləcə də rəsmi şəxslərlə təmsil olunacağını diqqətə çatdıran səfir Daniel Kristian Çiobanu qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Səfir Çiobanu iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün imkanları qeyd edib.
Görüşdə Azərbaycan və Rumıniya arasında əməkdaşlığın genişləndirilməsi, Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info