“Azərbaycan “Bakı-2015” sınağından uğurla çıxacaq”
Tarix: 04.06.2015 | Saat: 01:21:00 | E-mail | Çapa göndər


Gülnar Əmiraslanova: “Gənclərimiz üçün Oyunların təcrübə qazanmaq baxımından olduqca böyük əhəmiyyəti var”
YAP Gənclər Birliyinin üzvü, ictimai fəal Gülnar Əmiraslanovanın ilk Avropa Oyunları ilə bağlı müsahibəsini təqdim edirik.
-İlk Avropa Oyunları bir gənc olaraq sizi nə dərəcədə sevindirir?
-Əlbəttə, ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsi böyük hadisə olmaqla yanaşı, Azərbaycan tarixində möhtəşəm gün olaraq xalqımızın yaddaşında qalacaq və Avropa tarixinə qızıl hərflərlə yazılacaq. Olduqca qürurverici və sevindirici haldır. Azərbaycan vətəndaşı olaraq dövlətimin beynəlxalq səviyyədə yüksəlişi böyük iftixar, fəxrdir. “Bakı-2015” Avropa Oyunları “Avropa Mayakı”na çevriləcək və Odlar Yurdu Azərbaycan günəş kimi dünyaya işıq saçacaq. Ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər beynəlxalq idman təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Bu il ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinin Azərbaycana həvalə edilməsi isə görülən işlərə verilən ən yüksək qiymətin bariz nümunəsidir. Şübhəsiz ki, sözügedən beynəlxalq yarışın Azərbaycanda baş tutması ölkəmizin dünya miqyasında mövqeyinin güclənməsinə də xidmət göstərir. Bildiyimiz kimi, Avropa Oyunları Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. Bakıda keçiriləcək birinci Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qurulub. Komitəyə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sədrlik edir. Sevindirici və olduqca qürurvericidir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı möhtəşəm günlər Azərbaycanın sosial-siyasi, iqtisadi, tarixi, mədəni, idman və bütün sahələrdə inkişafı Avropa ölkələrinə əyani sübut olmaqla yanaşı, güclü, inkişaf edən Azərbaycan dövlətinin varlığı özünü bir daha təsdiq edəcək. Ən əsası, Avropa Oyunlarının Bakıda keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə stimul olacaq. Stimul olaraq Azərbaycanın informasiya siyasətinin, güc strukturunun və ən əsası, möhtəşəm Oyunlara ev sahibliyi etməsi regionda liderlik mövqeyinə, sosial-siyasi, iqtisadi gücə, məğrur, qüdrətli, mübariz insan resurslarına malik olması münaqişənin sülh yolu ilə həllinə təkanverici ən böyük qüvvə olacaq. Göstəricilər Ermənistan dövlətinin regionda həm siyasi, həm də mənəvi məğlubiyyəti, uydurma erməni iddialarının fiaskoya uğraması üçün real faktlardır.
-Ümumiyyətlə, bu Oyunların ölkəmiz üçün nə kimi əhəmiyyəti var?
- Bu gün Azərbaycan dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığını yüksək şəkildə davam etdirir. Dünyada tolerantlıq və multikulturalizm dəyərləri ilə tanınan Azərbaycan bu gün həm də idman ölkəsidir. Bu gün idmançılarımızın beynəlxalq yarışlarda fəal iştirakının təmin olunması Prezident İlham Əliyevin Azərbaycan idmanına verdiyi töhfənin təməl prinsipini təşkil edir. Ölkəmizdə nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Bu işə Azərbaycanın bütün regionları cəlb olunub. Ölkəmizin hər yerində Olimpiya idman kompleksləri, sağlamlıq mərkəzləri tikilib istifadəyə verilir. Bu idman obyektləri dünya standartlarına cavab verməklə, həm də ölkəmizdə yaradılan idman infrastrukturunun güclü əsaslara söykəndiyini təsdiqləyir. Bir sözlə, Azərbaycan dünya aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olub. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə bundan qaynaqlanır. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi ölkəmizdə mövcud vəziyyətin təzahürüdür. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi böyük nailiyyət sayılır. Heç şübhəsiz ki, bu sınaqdan da Azərbaycan uğurla çıxacaq və dünyaya göstərəcək ki, müstəqil, dinamik inkişaf edən Azərbaycan hər şeyə qadir olan ölkədir.
-İlk Avropa Oyunlarının Azərbaycanda idmanın inkişafı baxımından nə kimi rolu var?
- Müstəqil Azərbaycanda idmana, Olimpiya hərəkatına xüsusi diqqət yetirilir. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. Azərbaycan gəncləri birinci Avropa Oyunlarında fəal iştirak edəcəklər. Bu, istər ilk Avropa Oyunlarına hazırlıq prosesində, istərsə də Oyunların keçiriləcəyi günlərdə ən müxtəlif işləri reallaşdırmaqdan ibarətdir. Bizim gənclərimiz üçün bu Oyunların təcrübə qazanmaq baxımından da olduqca böyük əhəmiyyəti var.
-Ölkədə bu Oyunların təbliği necə gedir?
-Ölkədə bu Oyunların təbliği yüksək səviyyədə həyata keçirilir. Birinci Avropa Oyunları zamanı ölkəmizə gələcək turistləri yüksək səviyyədə qarşılamaq üçün bölgələrdə də hazırlıq işləri görülür. İlk növbədə, abadlıq-quruculuq işlərinə xüsusi fikir verilir. Əksər yerlərdə, əsasən şəhərin girişində, eləcə də istirahət parkları və əhalinin daha çox toplaşdığı yerlərdə birinci Avropa Oyunlarının loqosu və təbliğat lövhələri quraşdırılıb. Azərbaycanın bütün regionlarında birinci Avropa Oyunları məşəlinin qarşılanma mərasimi və möhtəşəm Alov festivalı keçirilir. Qədim Azərbaycan torpağında, Azərbaycan xalqı böyük sevinc coşqusu ilə ilk Avropa Oyunlarının çırağı, məşəlini qarşılayır. Qədim Gəncə torpağında da keçirilən fləşmob birinci Avropa Oyunları tarixində özünəməxsusluğu və möhtəşəmliyi ilə Avropa və Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. “Bakı-2015”-in simvolunu yaradan gənclər bununla həm də birinci Avropa Oyunları ətrafında birləşdiklərini nümayiş etdiriblər. Aksiya eyni zamanda “Ginnesin dünya rekordları” komissiyası tərəfindən izlənilib.
-Siz ictimai fəal olaraq ilk Avropa Oyunları ilə bağlı hansı təbliğati işlər görürsüz?
-Öncə bildirim ki, respublikada keçiriləcək birinci Avropa Oyunlarında göstərdiyim əzmkarlıq, dəstək mənim üçün olduqca qürurverici və ən əsası vətəndaşlıq borcudur. Kiçik olsa da göstərdiyim vətəndaşlıq borcundan dolayı qürur hissi keçirirəm. Sosial şəbəkələrdə, mediada birinci Avropa Oyunları haqqında məlumatların dərc olunması bir gənc olaraq göstərdiyim dəstək və vətəndaşlıq borcumun bariz nümunəsidir. Müəyyən televiziya proqramlarında, xüsusən AzTv-də yayımlanan “Əsas məsələ” verilişində Avropa Oyunları Könüllüləri ilə iştirak, Oyunlara hazırlıq prosesi, dövlətin güc strukturunun Oyunların sistem və hazırlıq prosesinə yüksək səviyyədə hazır olması, Oyunlar ərəfəsində və ya hazırlıq prosesində dövlətin yüksək standartlara cavab verən qayda-qanun, nizam-intizam və s. proseslərdə əzmkarlıq, qətiyyət göstərməsindən dolayı Azərbaycan gənci olaraq qürur hissi keçirirəm.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info