“Çin və Rusiya beynəlxalq informasiya axınına nəzarəti bərpa edib”
Tarix: 04.06.2015 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


Soyuq müharibə öz dövrünü başa vurduqdan sonra birqütblü olan dünya bu gün müxtəlif güc mərkəzlərinin ortaya çıxması ilə çoxqütblü hala gəlib. Hətta Amerika Birləşmiş Ştatlarının dünya üzərindəki dominantlığı azalsa belə, bu dövlət hələ də dünya arenasında fəaliyyətini əhəmiyyətli bir oyunçu kimi bu gün də davam etdirir. Rusiyaya gəldikdə isə bu ölkə sovetlər dövründə olduğu kimi, bu gün də dünya üzərində öz təsirini saxlamağa çalışır.
Qeyd edilməlidir ki, bütün bu proseslər daxilində Avropa Birliyi də əsas oyunçulardan biri olmağa can atır. Lakin bütün bunlara rəğmən dünya arenasında yeni oyunçular meydana gəlməkdədir. Belə ölkələrdən biri kimi Çini göstərmək olar. Müasir qlobal güclərin yüksəlişdə olduğu bir dövrdə bu ölkə çoxqütblü mühitdə özünü necə bəyan edir? “The Economic Times” nəşri yazır ki, ötən əsrin 80-cı illərində Qərb mətbuatı əsasən hakim güclər barədə xəbərlər paylaşırdılar. Digər ölkələr barədə verilən xəbərlər, adətən, "əsas xəbər axını” arasında çıxarış kimi təqdim edilirdi. Təsadüfi deyil ki, amerikalı politoloq Cozef Nay bunu “yumşaq güc qaynaqları dünya siyasətində uğur əldə etmək üçün vasitədir” kimi xarakterizə edib. Belə ki, media da yumşaq güc mənbələrindən biri kimi çıxış edir. Belə proseslər inkişaf etməkdə olan iqtisadiyyatların kontekstində xüsusi maraq doğurur. Misal üçün bu gün Çin və Rusiya fəal surətdə beynəlxalq informasiya axınına nəzarəti bərpa edib. Belə ki, Çin bu sahədə daha da önə keçərək beynəlxalq varlığını gücləndirməklə yanaşı, dünyadakı imicini yaxşılaşdırmağa doğru inamlı addımlar atır. Nəşr yazır ki, Rusiya da oxşar strategiyanı inkişaf etdirir. Təsadüfi deyil ki, bu ölkə "Sputnik" qlobal xəbər agentliyi yaradaraq dünyanın Qərbin ətrafında mərkəzləşən “birqütblü” görünüşünü dəyişməyə çalışır. Bir müddət əvvəl Moskva daha bir xəbər kanalını- “Russia Today” kanalını dövriyyəyə buraxıb. Kanalda yayımlanan proqramlar, təşkil edilən ekspertlərin fikir mübadiləsi, “CNN” ekspertlərinin fikirlərindən fərqlənir. Qeyd edilir ki, Çin və Rusiyada uzun illərdir ki, təbliğat strategiyasını həyata keçirən dövlət xəbərlər agentliyi fəaliyyət göstərir. Məqalədə qeyd edilir ki, bu gün Qərb mətbuatı öz səhifələrində Çinlə bağlı xəbərlərə geniş yer verir. Bu da müxtəlif səbəblərlə bağlıdır. Bunlardan ən önəmlisi Çinin siyasi modeli ilə bağlıdırsa, digər səbəb bu ölkənin qlobal iqtisadi liderliyi ilə bağlıdır. Bu arada haşiyə çıxaraq bildirək ki, Çinin hazırkı media strategiyası dövlət nəzarəti altındadır. Bu strategiyanın başlıca məqsədi bu ölkənin imicini xariclə yanaşı, öz sərhədləri daxilində yaxşılaşdırmağa hesablanıb: “İnformasiya - gücdür. KİV güc mərkəzlərinə beynəlxalq səviyyədə aktiv rol oynamaq imkanı verən vasitədir. Çin və Rusiya kimi ölkələr beynəlxalq arenada təsirlərini artırmaq üçün media strategiyası və informasiya axını ilə iş sahəsində yaxşı hazırlıq keçiblər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Misirdə yeni növ koronavirusdan daha 5 nəfər ölüb
01.04.2020
ABŞ-da son bir sutkada 865 nəfər koronavirusun qurbanı olub
01.04.2020
Meksikada koronavirusa yoluxanların sayı 1215-ə çatdı
01.04.2020
Nyu-Yorkda koronavirus qurbanlarının sayı 1000-i ötüb
01.04.2020
ÜST dünyada COVID-19 infeksiyasına yoluxanların sayını açıqlayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info