QMİ Ramazan ayının başlanması ilə bağlı fətva verib
Tarix: 04.06.2015 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Bu gün Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının gəlişi münasibəti ilə tədbir keçirilib.
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, o cümlədən dini icma rəhbərlərinin iştirakı ilə keçirilən tədbir Quran ayələrinin oxunması ilə başlayıb.
Daha sonra Ramazan ayı münasibəti ilə QMİ Qazılar Şurasının və Elmi-dini Şuranın fətvası qəbul edilib. Fətvada deyilir: “Ramazan məqamı müsəlman dünyası üçün ilahi lütfdür, çünki Allahın öz bəndələrinə ən böyük neməti olan Qurani-Kərim məhz bu ayda nazil olub. Təsadüfi deyil ki, səhih hədislərdə orucluğun Allaha aid olduğu və mükafatının da Allahın Özü tərəfindən veriləcəyi bildirilir. Oruc ibadəti bir çox insan üçün həyatlarının dönüş nöqtəsinə çevrilir, günahlardan tövbə etməsinə və Allah yolunda xeyirxah işlər görməyə səbəb olur.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq, Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini əhatə edən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib. Mənəvi vəhdətimizi qorumaq məqsədilə müxtəlif mənbələrdən daxil olmuş, məzhəb, vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək digər təqvimlərə müraciət etmək düzgün deyil. Buna görə də dindarlarımıza, bölgələrdəki qazılara, səlahiyyətli nümayəndələrə, imam və axundlara ibadət məkanlarımızda bu təqvimə riayətin vacib olduğunu bildiririk. Eyni zamanda, ölkəmizdə tolerantlıq mühitinin qorunub-saxlanması naminə KİV və sosial-media vasitələrində sözügedən təqvimin təbliği və yayılmasını milli vəhdət baxımından vacib sayırıq.
Dini qurumlarla iş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Ümidvarıq ki, mövcud əməkdaşlıq yuxarıda göstərilən məqamların həyata keçirilməsi istiqamətində də öz bəhrəsini verəcək.
Builki hesablamalara əsasən, Ramazan ayının 1-i miladi təqvimlə 18 iyun 2015-ci ilə təsadüf edir. Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - iyul ayının 18-ə təsadüf edir və həmin gün bayram namazı qılınacaq.
Bildirmək istərdik ki, Azərbaycan hökuməti istər Qurban, istərsə Ramazan bayramlarının iki gün bayram edilməsi barədə qərar verib.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtında (Ramazan ayının son günündə) çıxarılması və imkansızlara verilməsi İslamda vacib əməllərdəndir. Bu, ehtiyacı olanların da bayram sevinci yaşamasına şərait yaradır. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı verməsi vacibdir.
Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xəbərdarlıq edir ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etməkdən qəti şəkildə çəkinməlidirlər, belə ki, bu, şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək.
Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, o cümlədən, Qarabağ şəhidlərinin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun.
QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə və dindarlara tövsiyə edir ki, Avropa oyunları günlərində xarici qonaqlarımıza zəngin mənəvi, tarixi-mədəni irsimizlə yaxından tanış olmaq imkanının yaradılması üçün əllərindən gələni əsirgəməsinlər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info