Stefka Kostadinova bolqar idmançılarından yüksək nəticələr gözləyir
Tarix: 04.06.2015 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bu ölkənin Olimpiya Komitəsinin prezidenti, hündürlüyə tullanma üzrə yeddiqat dünya rekordçusu xanım Stefka Kostadinova ilə görüşüb.
Görüşdə xanım S.Kostadinova ölkələrimiz arasında mövcud əlaqələri yüksək qiymətləndirdiyini, digər sahələrlə yanaşı, idmanda da sıx əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu qeyd edib.
Bakıda keçiriləcək birinci Avropa Oyunlarına toxunan S.Kostadinova bu mötəbər yarışa yüksək səviyyədə hazırlıqdan, atletlər üçün hərtərəfli şəraitin yaradılmasından, yeni idman komplekslərinin, arenalarının inşa edildiyindən xəbərdar olduğunu bildirdi, buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təşəkkürünü ifadə edib. O, Avropa Oyunlarının 12 idman növü üzrə “Rio-2016” Yay Olimpiadasına təsnifat imkanları verəcəyindən məmnun olduğunu qeyd edib.
Avropa Oyunlarında Bolqarıstanı 127 idmançının təmsil edəcəyini, ümumi heyətin isə 200 nəfər olacağını bildirən xanım S.Kostadinova bolqar idmançılarının uğurlu çıxışlarına böyük ümidlər bəslədiyini deyib.
Ölkələrimiz arasında tarixi əlaqələrdən danışan səfir E.Kərimov bu münasibətlərin enerji, turizm, kənd təsərrüfatı və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Səfir idman sahəsində də ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün geniş imkanların olduğunu bildirib.
E.Kərimov Azərbaycanda idmanın inkişafı istiqamətində görülən işlərdən, dövlətimizin başçısının bu sahəyə xüsusi diqqət və qayğısından, son vaxtlar ölkəmizdə dünya və Avropa çempionatlarının yüksək səviyyədə keçirilməsindən, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərdən bəhs edib. Səfir Avropa Oyunlarında bolqar idmançılara uğurlar arzulayıb.
Sonda xanım S.Kostadinovaya birinci Avropa Oyunlarına aid səfirliyin təşəbbüsü ilə hazırlanan müxtəlif suvenirlər və xatirə hədiyyələri təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info