“İmam və axundlar bu məsələyə ciddi nəzarət etməlidirlər”
Tarix: 04.06.2015 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Azərbaycanda bəzi din xadimlərinin fəaliyyətindən narazıdır.
A.Paşazadə bunu bu gün QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şurasının Ramazan ayının başlaması ilə bağlı keçirilən birgə iclasında bildirib.

Ölkədə məzhəb ayrıseçkiliyindən çıxış edərək Ramazan ayının başlanması və namazla bağlı azanın fərqli vaxtlarda səsləndirilməsindən narahatlığını dilə gətirən QMİ sədrinin fikrincə, bu qətiyyən doğru deyil: "Ramazan ayında azanın səsi fərqli gələrsə, ölkəyə gələnlər düşünəcək ki, burada məzhəblər arasında fərq var, birlik yoxdur. Həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İran və Türkiyənin elmi-dini qurumları ilə sıx əməkdaşlıq edir. Lakin Azərbaycan müstəqil dövlətdir və özünün rəsədxanası var. Ona görə də biz öz rəsədxanamızın rəyi əsasında fətva verəcəyik: "Bizim rəsədxanamız İran və Türkiyədəki rəsədxanalardan daha güclüdür və daha dəqiq məlumatlar vermək imkanına malikdir. Biz öz elmimizə arxalanaraq hətta gələcəkdə namaz vaxtlarını da təyin edə biləcəyik".

QMİ sədri qeyd edib ki, ötən il imam və axundlar Ramazan ayı ilə bağlı fətvaların xalqa çatdırılmasında zəiflik göstəriblər: "Fətvanın xalqa vaxtında çatdırılması bizim üçün çox vacibdir. Onlardan xahiş edirik ki, bu məsələdə daha fəal olsunlar. Xüsusən, bölgə məscidlərində azanın eyni vaxtda verilməsi təmin edilməlidir. İmam və axundlar bu məsələyə ciddi nəzarət etməlidirlər. Buna əməl etməyənlərin məsələsi işdən azad etmə səviyyəsinədək gəlib çıxa bilər.
Ötən il din xadimləri onlara verilən fətvaları yaddan çıxardılar. Siz xalqın arasında olursunuz. Onu xalqa çatdırmalısınız. Bizim də, Dövlət Komitəsinin də məscidlərdə baş verənlərdən xəbərimiz var. Mən özüm Hacı Şahin Həsənlinin moizələrinə qulaq asıram. Nəyə görə də qulaq asmayım? Düz sözə qulaq asmaq lazımdır. Amma bəzi məscidlərdə elə şeyləri təbliğ edirlər ki, məzhəblər arasında ayrıseçkiliyə gətirib çıxarır".
Tural




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Türkiyənin Suriyada əsas məqsədi PKK ilə bağlılığı olan yaraqlıların məhv edilməsidir
23.01.2019
Sosial şəbəkələrdəki xaosu necə dayandırmaq olar?
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info