Polisdən şikayətlərin sayı 26 faiz azalıb
Tarix: 28.01.2013 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Vətəndaşlarla kobud rəftara görə 70, sürücülərin hüquqlarının pozulması ilə bağlı 45 fakt aşkarlanıb və 255 əməkdaş barəsində ciddi intizam tədbirləri görülüb

Daxili İşlər Nazirliyində (DİN) 2012-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

DİN-in Mətbuat xidmətinin məlumatına görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, ictimai asayiş, vətəndaşların qanuni mənafeləri əvvəlki dövrlərdə olduğu kimi ötən il də etibarlı qorunub, qarşıda duran vəzifələr vaxtında və tam yerinə yetirilib.
Hesabat məruzəsi ilə çıxış edən nazir deyib ki, Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə 2012-ci ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlayıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 266-dan 236-ya enib.
Ötən il Azərbaycanın daxili işlər orqanlarında korrupsiya hüquqpozmaları ilə bağlı şəxsi heyət arasında aşkarlanmış 54 fakt üzrə intizam məsuliyyətinə cəlb olunub, 81 əməkdaşdan 51-i xidmətdən xaric edilib, 24-ü tutduğu vəzifədən azad olunub, 6-sı barədə digər intizam tənbehləri tətbiq edilib. Nazir qeyd edib ki, 2012-ci ildə nazirlik tərəfindən orqan və hissələrdə qanunçuluğun qorunması, o cümlədən insan hüquq və azadlıqlarına ciddi riayət olunması, bu sahədə işin təşkilində mühüm rolu olan Milli Fəaliyyət Planının aidiyyəti müddəalarının icrası gündəlik nəzarətdə saxlanılıb. Müvafiq məsələlərlə bağlı daxil olan şikayətlər hərtərəfli və obyektiv araşdırılıb, təsdiqlənmiş faktlar üzrə vətəndaşların pozulmuş hüquqlarının bərpası təmin edilib: “Daxili nəzarət qaydasında həyata keçirilən davamlı tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 70, sürücülərin hüquqlarının pozulması ilə bağlı 45 fakt aşkarlanıb və 255 əməkdaş barəsində ciddi intizam tədbirləri görülüb, nəticədə polis əməkdaşlarından şikayətlərin sayı 26 faiz azalıb”.
Qeyd olunub ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizədə həyata keçirilən tədbirlər də məqsədyönlü olub. Narkotiklərlə əlaqədar 2453 cinayət, o cümlədən satışı ilə bağlı 713 fakt aşkarlanmış, 126 nəfərdən ibarət 51 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 596 kiloqram narkotik vasitə və 50 kq prekursor çıxarılıb, 54,9 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 313 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında həyata keçirilən əməliyyat tədbirləri ilə 29 faiz çox, yəni 89 cinayət faktı müəyyən olunaraq 22 nəfər məsuliyyətə cəlb edilib, 8 cinayətkar qrup zərərsizləşdirilib. Bu əməllərin qurbanı olmuş 53 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.
Nazir bildirib ki, Azərbaycanda ötən il yol qəzalarda ölənlərin sayı 15 faiz və ya 152 nəfər artıb, yaralananların sayı 1 faiz yaxud 34 nəfər azalıb. Paytaxt ərazisində isə qəzaların və ölənlərin sayında azalma qeydə alınıb. Bildirilib ki, daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən olan və mahiyyətinə görə profilaktik xarakter daşıyan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində də müəyyən işlər görülüb. Yol hərəkətinə nəzarət prosesində 2011-ci illə müqayisədə 14% çox və ya 1.021.122 inzibati xəta müəyyən edilib. Şüşələrinə pərdə və plyonka çəkilmiş 11.591 avtomobil, avtoxuliqanlığa görə 503 nəfər aşkarlanaraq qanunauyğun tədbirlər görülüb. 2012-ci ildə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş 31,5 milyon manata yaxın cərimədən 99%-i ödənilib. Hesabat dövründə ilkin qeydiyyata 102.780 avtomobilin alınması və ölkə üzrə nəqliyyat vasitələrinin ümumi sayının 1.144.036-ya yüksəlməsi fonunda respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin sayı 2892 fakt təşkil etməklə sabit qalıb. Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2011-ci illə müqayisədə 23% çox və ya 1.125.563 protokol tərtib olunub. Onlardan 89%-i yol hərəkəti, 7%-i yaşayış yeri üzrə qeydiyyat qaydalarının pozulması, 4%-i digər hüquqpozmalar ilə əlaqədardır. Nəticədə 1.075.688 nəfər cərimələnib, 2924 şəxs məhkəmələr tərəfindən həbs olunub, 25.330 nəfərə xəbərdarlıq edilib.
Prezidentə Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə hüquqi islahatların, böyük infrastruktur layihələrinin və sosial proqramların uğurla həyata keçirildiyini xatırladıb, respublikamızda gedən quruculuq, inkişaf proseslərində mühüm amillərdən olan sabitliyin, təhlükəsizliyin təminində daxili işlər orqanlarının şəxsi heyətinin də böyük əməyi olduğunu, eyni zamanda, aidiyyəti dövlət proqramlarından, Milli Fəaliyyət planlarından irəli gələn vəzifələrin lazımi səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, asayişin qorunması sahəsində bir sıra uğurlar əldə edildiyini vurğulayıb.
NIGAR




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info