YAP Binəqədinin yeni ərazi ilk partiya təşkilatı təsis edilib
Tarix: 04.06.2015 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı tərəfindən Binəqədi rayonu Mircəlal küçəsi 31/69, 109k ünvanlı (“Təhsil” Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi- “Təhsil” RİMİOEUGFM) müəssisədə yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, rayon partiya təşkilatının əməkdaşları, “Təhsil” RİMİOEUGFM müəssisəsinin direktor müavini Zaur Məhərrəmov və partiya sıralarına qoşulmaq istəyən müəssisə əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Təhsil” Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbininn direktor müavini Zaur Məhərrəmov müəssisədə YAP Binəqədi rayon Təşkilatının ərazi ilk partiya təşkilatının təsis olunması ilə bağlı təşəbbüs irəli sürdüklərini qeyd edib. Zaur Məhərəmov ümummilli liderin əsasını qoyduğu partiyanın üzvü olmaqdan qürur hissi keçirəcəklərini, ərazi ilk partiya təşkilatında partiya işini yüksək səviyyədə aparacaqlarını vurğulayıb. O hazırda Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan gənclər siyasəti, idman sahəsində uğurlardan danşıb, bu uğurların davamlı olması üçün hər bir gəncin çalışmasının vacibliyini bildirib. O müəssisədə ərazi ilk partiya təşkilatının yaradılmasının burada partiya sıralarına qoşulmaq istəyən şəxslər üçün mühüm imkan yaradacağını qeyd edib.
Sonra təşkilati məsələlərə - ilk olaraq YAP Nizamnaməsinə uyğun olaraq 3 partiya üzvünün təşəbbüsü ilə müəssisədə ərazi ilk partiya təşkilatının yaradılması məsələsinə baxılıb, partiyanın üzvü, Zaur Məhərrəmov ərazi ilk partiya təşkilatının sədri, Günel Bağıyeva isə sədr müavini seçilib. Daha sonra partiya sıralarına qəbulla bağlı müraciət etmiş şəxslərin məsələsinə baxılıb.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə əlaqədar tədbir iştirakçılarını təbrik edib. O YAP Binəqədi rayon Təşkilatının fəaliyyəti, həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib. Ramiz Göyüşov Yeni Azərbaycan Partiyasının yaranması haqda danışıb, partiyanın dövlətin və xalqın çətin günlərində ulu öndər tərəfindən yaradıldığını qeyd edib. Rayon partiya təşkilatının sədri yeni təsis edilmiş ərazi ilk partiya təşkilatının rayonda həyata keçirilən partiya işində fəal olacağına inamını ifadə edib. Sonda partiya sıralarına qəbul olumuş bir qrup şəxsə onların partiya vəsiqələri təqdim edilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info