ADNA könüllüləri ilk Avropa Oyunlarında
Tarix: 04.06.2015 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


“Biz - ADNA-nın 1500 nəfərik könüllüsü - istəyirik ki, müstəqil Azərbaycan qazansın!”
Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) Bakı - 2015 I Avropa Oyunlarına dəstək kampaniyası çərçivəsində müxtəlif tədbirlər həyata keçirir. Bunlardan ən diqqəti cəlb edən məqam ADNA-nın 1500 nəfər könüllüsü, bir neçə idmançısı və hakimləri ilə yarışlara qatılmasıdır. Hamımızın məqsədi birdir: doğma Azərbaycanımız Bakıda keçirilən ilk Avropa Oyunlarından üzüağ, qalibiyyətlə çıxmalıdır! Bunun üçün də hər birimiz, xüsusilə də gənc tələbələrimiz bir yumruq kimi birləşərək bütövlük, güc nümayiş etdirməkdədilər.
Tələbə gənclərimiz üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün ciddi hazırlıqlar keçirlər. Könüllülərimiz Avropa Oyunlarında nəzərdə tutulan müəyyən sahələr üzrə bölünərək fəaliyyət göstərirlər. EVS komandasında qrup rəhbərlərindən biri olan Kimya texnologiya fakültəsinin (KTF) III kurs tələbəsi, fakültənin TGT sədri Kamran Sabirli hazırlıqlarla bağlı yüksək təəssüratlara malikdir. Kamran bildirir ki, bir könüllü kimi öz vəzifələrini qürur hissi ilə yerinə yetitrlər.
Digər könüllülərimizdən KTF-in I kurs tələbəsi Sədəf Mehdiyeva da bir Azərbaycan gənci, ADNA könüllüsü kimi, öhdəsinə düşən vəzifələri yerinə yetirməyə hazır olduqlarını deyir. İdmançılara dəstək üçün AzTv-yə dəvət edilən könüllülərimiz, ADNA könüllüləri olaraq belə bir tarixi hadisədə rollarının olması ilə fəxr etdiklərini bildiriblər. ADNA-da ümumilikdə 1500 tələbə könüllülər sırasına qoşularaq nəinki təhsil ocağımızı, ümumilikdə respublikamızı layiqincə təmsil edəcəklər.
Xatırladaq ki, könüllərin bir çoxu funksional, bir qismi isə mərasim könüllüləri kimi fəaliyyət göstərəcəklər. Mərasim könüllüləri ilk Avropa Oyunlarının açılış və bağlanış tədbirlərində, funksional könüllülərimiz isə yarış boyu müxtəlif istiqamətlərdə - nəqliyyat, tərcüməçilik, komandaların yönəldlməsində, rəqs qruplarında və sair iştirak edəcəklər. ADNA-nın “Gənclik” Mahnı və Rəqs ansamblı da qrup şəklində Olimpiya oyunlarında keçiriləcək böyük bir bayram şənliyinin açılış və bağlanış mərasimində iştirak edəcək. Bir çox tələbələrimiz ilk üçlük üzrə yığma komandanın koordinatorları kimi çalışırlar. Neft Akademiyasının bir çox tələbələri var ki, Koordinasiya Mərkəzində fərdi olaraq admnistrativ əməyə cəlb olunublar.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub
22.02.2019
Mingəçevirin innovativ layihələri müəyyənləşib
22.02.2019
“İşıq İnşaat” MTK-nın sakinləri onların rahatlığını pozan restoranın bağlanmasını tələb edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info