“Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək”
Tarix: 04.06.2015 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


“Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərarına çox sevindik. Çünki Azərbaycan bizim üçün ən yaxın dost ölkədir. Dostumuza verilən qiymət elə bizə verilən qiymətdir. Ümumiyyətlə, bu qərarın qəbulu təbii idi. Azərbaycanda idmanın inkişafı üçün mükəmməl baza yaradılıb”.
Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Gürcüstan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Elqucia Berişvili deyib.
E.Berişvili bildirib ki, bu gün nəinki Bakıda, Azərbaycanın müxtəlif şəhər və rayonlarında idman kompleksləri tikilir, beynəlxalq yarışlar, dünya və Avropa çempionatları keçirilir. İnanırıq ki, Azərbaycan ev sahibi kimi ilk Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək.
Gürcüstan idmançılarının ilk Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğulayan E.Berişvili deyib: “Bakı-2015” bizə həm də ən güclü idmançılarımızı seçib Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlamağa kömək edəcək”.
Birinci vitse-prezident qeyd edib ki, Gürcüstan “Bakı-2015” ilk Avropa Oyunlarında 105 idmançı ilə təmsil olunacaq. Onların arasında cüdo üzrə dünya və Avropa çempionları Avtandil Çirikişvili, Varlam Liperteliani, dəfələrlə yüksək mükafatlara sahib olmuş Laşa Şavdatuaşvili, güləş üzrə idmançılardan Avropa çempionu, Olimpiya Oyunları mükafatçısı Vladimir Xinçeqaşvili, Avropa çempionatlarının qalibi Qeno Petriaşvili, güllə atıcılığı üzrə dəfələrlə dünya və Avropa çempionu Nino Salukvadze və başqaları var.
Ümumiyyətlə, ilk Avropa Oyunları ilə əlaqədar Bakıya Gürcüstandan 200-dək nümayəndə səfər edəcək. İdmançıların birinci qrupu Azərbaycana iyunun 11-də yola düşəcək.
E.Berişvili bildirib ki, ilk Avropa Oyunlarının açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Baş nazirin müavinləri, nazirlər, Tbilisinin meri və digər rəsmi şəxslər iştirak edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info