“Vaşinqton Azərbaycanın problemlərini eşitməməkdə israrlıdır”
Tarix: 04.06.2015 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


“Son illər ABŞ-ın müttəfiqləri ilə münasibətdə yürütdüyü xarici siyasət “zarafat edirsiniz?” silsiləsindəndir”. Bunu Kaliforniya universitetinin professoru Norma Zaqer Amerikanın “The Washington Times” qəzetində dərc olunan məqaləsində yazır.
Zaqer digər nümunələr sırasında Azərbaycanı ABŞ-ın etibarlı və sadiq müttəfiq adlandırır. O qeyd edir ki, Vaşinqton Azərbaycanın problemlərini eşitməməkdə israrlıdır. ABŞ Azərbaycanın Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirmək, Azərbaycan ərazilərini qaytarmaq, işğalı və təcavüzü dayandırmaq üçün sonuncuya təsir etmək çağırışlarını eşitmir.
Zaqer qeyd edir ki, bu gün ABŞ Rusiyanı Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırdığı halda, Azərbaycana qarşı ədalətsizliyə göz yumur: “Ermənistan tərəfdən təkrar təcavüz aktları ilə bağlı qınaqlar da yoxdur”.
Məqalədə deyilir ki, Azərbaycan son illər dəfələrlə tənqidə məruz qalıb və təəssüf ki, ölkənin vətəndaş cəmiyyəti qurmaq, yaşayışın yaxşılaşdırılmasına yönəldilmiş möhkəm və uzunmüddətli inkişaf üçün əsaslar yaratmaqla bağlı xidmətləri nadir halda etiraf edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info