Petkim şirkəti ilə BANM arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Tarix: 04.06.2015 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


“SOCAR Turkey Energy” şirkətinin Baş icraçı direktoru və Petkim şirkətinin İdarəetmə Şurasının üzvü cənab Kənan Yavuz Bakı Ali Neft Məktəbində (BANM) olub və Elmi Şuranın üzvləri ilə görüşüb.
Elmi Şuranın sədri, BANM-in rektoru Elmar Qasımov ali təhsil müəssisəsinin Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” çağırışının reallaşmasına yönəlmiş əhəmiyyətli bir layihə olduğunu qeyd edərək onun yaranma tarixi, qarşısında duran vəzifələri, 3 illik fəaliyyətində mütəxəssis hazırlığında əldə olunmuş nailiyyətləri haqqında qonağa məlumat verib. Rektor tədris prosesinin ingilis dilində, müasir proqramlar və texnologiyalar əsasında və istehsalla sıx əlaqədə həyata keçirildiyini bildirmiş və Türkiyədə inşa edilən müasir tipli sənaye müəssisəsi olan Petkim şirkəti ilə əməkdaşlıq əlaqələrinin Ali Məktəb üçün böyük maraq kəsb etdiyini vurğulayıb.
Kənan Yavuz Azərbaycanın təhsil müəssisəsində olmasından məmnunluq hissi keçirdiyini qeyd edib. Azərbaycan və Türkiyə xalqlarının çoxəsrlik dostluq münasibətindən, Azərbaycanın müstəqillik əldə etdikdən sonra iki qardaş xalqın və dövlətin bir çox dünya miqyaslı layihələrə imza atmasından, Petkim-in bu layihələrin sırasında ən önəmli yerlərdən birini tutmasından və hər iki ölkənin rəhbərlərinin diqqət mərkəzində olmasından danışıb. Cənab Yavuz Petkim-in yaranması və inkişafı ilə bağlı Elmi Şuranın üzvlərini məlumatlandırıb, BANM ilə mütəxəssis hazırlığında əməkdaşlığa hazır olduğunu bildirib. O, tədris prosesində gənclərə təkcə mühəndis-texniki biliklərin verilməsini yox, həm də onlara vətənpərvərlik, dövlətçilik, ümumxalq marağına xidmət, ənənələrə hörmət hislərinin aşılanmasının vacibliyini vurğulayıb.
Daha sonra Petkim şirkəti ilə BANM arasında əməkdaşlığın perspektiv istiqamətləri vurğulanıb. Görüşün sonunda qonağa Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu təqdim edilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info