Vətənpərvər şagird seçilib
Tarix: 04.06.2015 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin “Qardaş regionların vətənpərvər şagirdlərinin dünya azərbaycanlılarına töhfəsi” layihəsi uğurla başa çatıb.
Layihə çərçivəsində Lerik, Zaqatala və Qusar rayon məktəblərinin iştirakı ilə ümumilikdə 45-dən artıq təlim keçirilib, rayon gənclərinə 1000 ədəd maarifləndirici buklet paylanıb. 270-dən çox məktəbliyə keçirilən təlimlərdən sonra “Vətənim Azərbaycan” adlı “Facebook” səhifəsi məktəblilərin istifadəsinə verilib və məktəblilər arasında müsabiqə elan olunub. Müsabiqə çərçivəsində məktəblilər Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyət abidələri, milli mətbəxi, tanınmış şəxsiyyətlərini özündə əks etdirən məlumatlar paylaşaraq qaliblik uğrunda mübarizə aparıblar. Ən fəal və faydalı paylaşımlarına görə müsabiqənin qalibi Həmzəyev Adil Kamil oğlu, layihənin qalibi isə Zaqatala rayonu olub. Qalibi mükafatlandırmaq məqsədi ilə Zaqatala rayonu Aşağı Tala kənd 1 saylı tam orta məktəbində təntənəli “Mükafatladırma” tədbiri keçirilib. Layihənin qalibi Adil Həmzəyev həyatında ən böyük uğuru əldə etdiyini və həyatının ən xoşbəxt gününü yaşadığını vurğulayıb. Rayon rəhbərliyi və müvafiq icra orqanlarının rəhbərlikləri adından Azərbaycan Gənclər Fonduna və “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinə təşəkkürlər səsləndirilib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə sənədlərini təqdim edən layihənin qalibi Adil Həmzəyevin şərəfinə tədbirdə “Əsgər marşı” səsləndirilib. Qeyd edək ki, Zaqatala rayonunu qalib edən Adil Həmzəyev 1994-cü ildə Füzuli rayonunun yuxarı Abdurahmanlı kəndində gedən döyüşlərdə şəhid olmuş əmisi 1974-cü il təvəllüdlü Həmzəyev Adil Didiy oğlunun adını şərəflə daşıyır. Azərbaycan Gənclər Fondun maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi” istiqamətində keçirilən layihə Adil Həmzəyevə şəhid olan əmisinin xatirəsini bir daha yad etdirməsinə, həmçinin bu cür vətənpərvər gəncin üzə çıxarılmasına imkan yaradıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info