Ermənistan elektrik enerjisinin bahalaşmasından şoka düşüb
Tarix: 04.06.2015 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Erməni sosioloq: “Ermənistanda elektrik nerjisi bahalaşandan sonra əhalinin yalnız 15 faizi ödəməyə qabil olacaq”
Ermənistanda elektrik enerjisi bahalaşandan sonra əhalinin yalnız 15 faizi ödəməyə qabil olacaq. Bu barədə Ermənistanın “Birinci informasiya” saytı yazır.
“Əgər Ermənistan elektrik şəbəkəsi” öz bəyanatında səsləndirdiyi kimi, elektrik enerjisi 17 dram bahalaşırsa, onda yalnız əhalinin 15 faizi bunun müqabilində özlərinin sərf etdiyi elektrik enerjisinin pulunu ödəyə biləcək.
Bu barədə “Birinci informasiya” media qurumunun əməkdaşı ilə söhbətində sosioloq Aqaron Adibekyan bildirib. Adibekyan qeyd edib ki, bu 15 faiz cah-cəlal içərisində yaşayır, jakuzidən, kondisionerdən istifadə edir: “Amma bizdə əhalinin 20 faizindən çoxu kasıbdır, onlar elektrik enerjisi sərfiyyatın ixtisara sala bilməzlər. Bundan başqa, elektrik enerjisinin bahalaşmasından orta sinif də zərər görəcək. Həmçinin orta təbəqənin elektrik enerjisindən böyük həcmdə istifadə edən kəsimi də ziyan görmüş olacaq”.
Sosioloqun sözlərinə görə, dövlət qiymətlərin formalaşmasına nəzarət etməlidir, əgər nəzarət edə bilmirsə, əhaliyə bahalaşmadan dəyən zərər kompensasiya edilməlidir.
İlkin




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb
21.01.2019
Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib
21.01.2019
Erməni politoloq: Paşinyanı çətin günlər gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info