NDU-da dəyirmi masa
Tarix: 04.06.2015 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə keçirilən növbəti dəyirmi masa “Ailə və onun mənəvi əsasları” mövzusuna həsr olunub. Universitetin müxtəlif fakültələrində təhsil alan, elmi-ictimai, siyasi fəallıqları ilə seçilən tələbə gənclərin iştirak etdiyi dəyirmi masada universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək Azərbaycan xalqının mənsub olduğu qədim və zəngin ailə ənənələrindən, ailənin milli dəyərlərin yaşadılmasında, cəmiyyətin düzgün idarə olunmasında, xalqın fiziki və mənəvi sağlamlığındakı əhəmiyyətli rolundan danışıb.
Qeyd olunub ki, sabahın ziyalıları olacaq tələbə gəncləri həm də gələcəyin ailə başçısı, valideyn kimi formalaşdırmaq baxımından ali təhsil müəssisələrinin, burada çalışan professor-müəllim heyətinin üzərinə mühüm vəzifələr düşür. YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent Kamal Camalov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə elmlər doktoru, professor Oruc Həsənli, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev, İstanbul İnkuliziv Araşdırmalar Mərkəzinin mütəxəssisi, defektoloq Mehmet Onemli çıxış edərək ailənin mənəvi əsasları, Azərbaycanda ailə quruculuğu və gender bərabərliyi ilə bağlı qəbul edilmiş hüquqi-normativ sənədlər, erkən nigah və boşanma hallarının aradan qaldırılması yolları, ailə münaqişələrinin səbəbləri, ailə psixologiyası və etikası, ailədə davranış mədəniyyəti, ağsaqqallara hörmət, Qərb-Şərq ailə dəyərləri arasındakı oxşar və fərqli cəhətlər barədə tələbələrə məlumat veriblər. Maraqlı diskussiya şəklində davam edən dəyirmi masada universitet YAP Gənclər Təşkilatının sədri, fransız dili müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Aytən İsmayılova, tələbələrdən Çilənay Qurbanlı, Nurlan Hüseynli və digərləri mövzu ilə əlaqədar fəal şəkildə rəy və münasibət bildiriblər. YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Kamal Camalov və təşkilatın sədr müavini, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov, eləcə də universitet müəllimləri tələbələri maraqlandıran sualları cavablandırıblar.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info