Mübariz Qurbanlı: “Azərbaycanda dini durum sabitdir”
Tarix: 04.06.2015 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Avropa Şurası çərçivəsində fəaliyyət göstərən İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
Komitədən verilən məlumata görə, görüşdə Dövlət Komitəsinin rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşları da iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir: “Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir”. Azərbaycanda dini durumun sabit olduğunu vurğulayan Dövlət Komitəsinin sədri müxtəlif konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini bildirib: “Ölkəmizdə məscid, sinaqoq və kilsələr insanların ixtiyarına verilib və ibadət evlərinin bir qisminin təmir və bərpası Azərbaycan hökumətinin hesabına həyata keçirilir”. M. Qurbanlı hər il dövlət büdcəsindən dini icmalara maliyyə vəsaitinin ayrıldığını və bu vəsaitin qeyri-islam dini icmalara da verildiyini vurğulayıb.
Qəbul üçün minnətdarlıqlarını bildirən Komissiya üzvləri ölkəmizdə dini azlıqların vəziyyəti ilə maraqlanıb və bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Kəlbəcərlilər 577 hektar sahədə əkin aparıb
18.08.2019
Abşeron rayonunda sənaye məhsulunun həcmi 54 faiz artıb
17.08.2019
Sabah ölkə ərazisində havanın temperaturu 40 dərəcəyə yüksələcək
17.08.2019
Ağdamda şəhid Nadir Şükürovun xatirəsi anılıb
16.08.2019
Azərbaycan sərhədçiləri təmas xəttində bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqeləri tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info