Müsavatdan növbəti antimilli addım
Tarix: 04.06.2015 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Müxalif qurumlar öz antimilli mahiyyətləri, qeyri-ciddi bəyanat və çağırışları, yalançı haray-həşirlərinin qurbanlarına çevriliblər

Radikal və ənənəvi müxalifət Azərbaycan üçün çox vacib olan bir məqamda – İlk Avropa Oyunları ərəfəsində yenə də öz ənənəvi simasızlığını faş etməkdədir. Bütün dünyanın diqqətinin Azərbaycana dikildiyi bir zamanda, ənənəvi müxalif düşərgəyə məxsus Müsavat Partiyası antiazərbaycan mövqeyindən çıxış etməyə başlayıb.
Belə ki, Müsavat Partiyası Avropa ölkələrinin dövlət və hökumət başçılarını iyunun 12-də Bakıda I Avropa Oyunlarının açılışı mərasimində iştirak etməkdən imtina etməyə çağırıb. Partiya bunu Azərbaycanda guya “insan hüquqları probleminin həll edilməməsi və siyasi məhbusların mövcudluğu” ilə əsaslandırılıb. Təbii ki, bir sıra məqamlara diqqət yetirilsə, müxalifət partiyasının bu antiazərbaycan çağırışının heç bir əsası olmadığı bəlli olar. Belə ki, bəzi xarici qurumların əsas spekulyasiya mənbəyi olan “insan hüquqları”, həmçinin “siyasi məhbus” məsələsinin Azərbaycanda real həyatda çoxdan mövcud olmadığı, müxalifət tərəfindən “siyasi məhbus” olduqları iddia edilən şəxslərin isə sırf cinayət tərkibli əməllərinə görə məsuliyyətə cəlb olunduğu barədə dəfələrlə yazmışıq. O da dəfələrlə sübut edilib ki, “insan haqları” məsələsində bəzi xarici qurumlar sırf ikili standart və qərəzdən çıxış edirlər ki, onlara da bu məsələdə məhz ənənəvi müxalifətdə təmsil olunan partiyalar, şəxslər, QHT-lər “ayı xidməti” göstərir. Bundan başqa, müxalifətin bu çağırışının heç bir effektinin olmadığı da aydındır. Çünki Avropa ölkələri və rəsmiləri artıq Bakıdakı Oyunlarda iştirakla bağlı qərar qəbul ediblər və bununla da radikal müxalifətin gözləntiləri puça çıxıb. Bununla belə, müxalifətin bu cür antimilli fəaliyyəti, bu düşərgə mənsublarının Azərbaycan cəmiyyəti, milləti və dövlətçiliyi üçün nə dərəcədə zərərli olduğunu ortaya qoyur. İstənilən ölkədə iqtidar-müxalifət ziddiyyətləri və rəqabəti mövcuddur. Bununla belə, əksər ölkələrdə müxalifət ümumi mənafelər və ölkənin beynəlxalq imici və mövqeyi naminə çıxış edir, dialoqa cəhd edir və konsensus təşəbbüsləri ilə çıxış edir. Xüsusən də Azərbaycan üçün çox vacib olan indiki situasiyada müxalifət belə bir addımı atmalı idi. Xatırladaq ki, az öncə bu barədə iqtidar-müxalifət dialoqu da keçirilmişdi və ölkədəki siyasi qüvvələrin Avropa Oyunları məsələsində konsensusdan və ölkənin ümumi maraqlarından çıxış etməsinin vacibliyi vurğulanmışdı. Amma bu dəfə də ənənəvi və cılız təfəkkürlü müxalifət heç bir dövlətçilik şüuruna və Vətən anlayışına malik olmadığını, yalnız lokal firqə maraqlarından çıxış etdiyini və buna görə də qarayaxma kampaniyasına getdiyini ortaya qoymuş oldu. Ənənəvi müxalifət bununla faktiki olaraq antiazərbaycan və erməni dairələri ilə eyni mövqedən çıxış edir.
Bu azmış kimi, Müsavat Partiyası kimi qurumlar ölkədə süni “dissidentlər”, “siyasi mühacirlər” “istehsalı” və alveri ilə məşğuldur. Bu hal isə Azərbaycan cəmiyyətində qəsdən “narazılıqlar olduğu” görüntüsü yaratmağa çalışmaqla bərabər, Müsavat kimi qurumların pul qazanmaq üçün hansı üsullara və yollara əl atdığını da ifşa edir. Belə ki, Müsavat partiyası müxtəlif yollarla xarici ölkələrə mühacirət edən insanlara, o ölkələrdə oturum almaqdan ötrü onlara saxta sənədlər verir. Bunu isə müxalif düşərgəyə mənsub qəzetlər də yazır. Məsələn, konkret olaraq Elnur Mirzəyev adlı mühacir Belçika ölkəsinin Miqrasiya İdarəsinə Müsavat Partiyasının vəsiqəsini, arayışı və “Elnur Mirzəyev barədə” sənədi təqdim edib. Sonradan isə Müsavat Partiyası iddia edib ki, bu sənədlər “saxtadır”. “Yeni Müsavat” qəzeti isə saxta vəsiqəyə sahib olmaqda ittiham olunan E.Mirzəyevlə əlaqə saxlayıb.

Əksər ölkələrdə müxalifət ümumi mənafelər və ölkənin beynəlxalq imici və mövqeyi naminə çıxış edir. Xüsusən də Azərbaycan üçün çox vacib olan indiki situasiyada müxalifət belə bir addımı atmalı idi. Amma bu dəfə də ənənəvi və cılız təfəkkürlü müxalifət heç bir dövlətçilik şüuruna və Vətən anlayışına malik olmadığını, yalnız lokal firqə maraqlarından çıxış etdiyini və buna görə də qarayaxma kampaniyasına getdiyini ortaya qoymuş oldu

E.Mirzəyev deyib ki, bu bəyanat partiyanın onu aldatdığını sübut edir: “Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, mənim burdan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim. 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə - 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, ”2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq". Onlar özləri orda ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər". Müsahib deyib ki, partiya fnksioneri G.Aslanlı tərəfindən yayılan və saxta kimi təqdim edilən iki arayışı elə onun özündən alıb: “Hər birinə görə 300 manat ödəmişəm. Lazım olsa sübutları da təqdim edəcəyəm. Mesajlar, facebook yazışmaları, vatsap yazışmaları var əlimdə”. O daha sonra qeyd edib ki, məsələni sona qədər araşdıracaq və Müsavatda saxta sənəd alveri ilə məşğul olanların maskasını cıracaq: “Hamı bilir ki, 6-7 ildir Müsavat Partiyası bu alverlə məşğuldur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mənsə bu məsələni belə qoymayacam”.

Müsavat Partiyası kimi qurumlar ölkədə süni “dissidentlər”, “siyasi mühacirlər” “istehsalı” və alveri ilə məşğuldur. Bu hal isə Azərbaycan cəmiyyətində qəsdən “narazılıqlar olduğu” görüntüsü yaratmağa çalışmaqla bərabər, Müsavat kimi qurumların pul qazanmaq üçün hansı üsullara və yollara əl atdığını da ifşa edir

Göründüyü kimi, faktiki olaraq Azərbaycanın beynəlxalq imicinə ləkə gətirməyə cəhd edən bir müxalif qurumun özünün başdan-ayağa ləkəli işlə məşğul olduğu üzə çıxır. Bu cür müxalifətçiliyin sonu elə belə də olmalıdır. Çünki onların əsas fəaliyyəti antiazərbaycançılıq üzərində qurulub. Ona görə də təsadüfi deyil ki, onlar ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlər, məsələn, “Eurovision” yarışması zamanı da adekvat çirkli üsullara əl atmışdılar. Bu isə bir daha onların antimilli mahiyyətindən və bu sahədə xarici dairələrlə mübhəm əlaqələrindən xəbər vermiş olur. Təbii ki, gerilikçi müxalif başçıların girovuna çevrilmiş həmin müxalif qurumların bu cür fəaliyyəti onların imici və aqibəti üçün də çox pis nəticələr vəd edir. Belə ki, bu gün Müsavat, AXCP kimi qurumlarda barmaqla sayılacaq qədər insanın qaldığı müxalif düşərgədə də artıq fakt kimi etiraf edilir. Konkret olaraq bu yazının “qəhrəmanı” Müsavat Partiyası da çoxdandır boşalıb və normal düşüncəsi olan heç bir insan orada qalıb, ömrünü bada vermək istəmir. Məsələn, son olaraq bu partiyanı şair Məmməd İsmayıl tərk edib. Xatırladaq ki, öncəki illərdə də bu qurumu azca ictimai çəkisi olan insanlar(Məsələn, Rasim Musabəyov və digərləri) tərk ediblər.
Beləliklə, Müsavat kimi qurumlar öz antimilli mahiyyətləri, qeyri-ciddi bəyanat və çağırışları, yalançı haray-həşirlərinin qurbanlarına çevriliblər...

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
19.03.2019
TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib
19.03.2019
Fond yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təntənəli mərasim təşkil edib
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info