Qərb BRICS-ə qarşı birləşir
Tarix: 04.06.2015 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


Beynəlxalq qeyri-kommersiya təşkilatı olan «WikiLeaks» ABŞ, Avropa Birliyi və Dünya Ticarət Təşkilatının 23 üzv dövlətinin Trans-Sakit okean tərəfdaşlığı ilə bağlı danışıqlara işıq salan 17 gizli sənəd dərc edib.
Qeyd edilir ki, Trans-Sakit okean tərəfdaşlığı təşkilatı üzvlərinin məqsədlərindən biri BRICS-ə üzv olan ölkələrin- Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın artan qlabol iqtisadi nüfuzuna qarşı yönəlib. Sənəddə göstərilir ki, iki il bağlı qapılar arxasında aparılan danışıqlarda ABŞ və Avropa Birliyi ölkələrindən başqa, Ümumdünya Ticarət Təşkilatının 23 üzv dövləti, o cümlədən Meksika, Kanada, Avstraliya, Pakistan, Tayvan və İsrail də iştirak edib. Xatırladaq ki, bu ölkələrin ümumi iqtisadiyyatları dünya ÜDM-nin üçdə iki payını təşkil edir. Belə ki, xidmət sektoruna Amerika Birləşmiş Ştatları və Avropa Birliyinə üzv dövlətlərin iqtisadiyyatının təxminən 80%-i sahibdir. Bununla yanaşı, başqa ölkələrdə, hətta inkişaf etməkdə olan Pakistan kimi ölkədə xidmət sektoru mili iqtisadiyyatın 53% -ni əhatə edir.
Danışıqlar, əsasən iştirakçıların təkliflərinə əsaslanır. Qeyd edilməlidir ki,
BRICS ölkələri danışıqlar prosesinə daxil deyillər. Bəyanat onlardan gizli hazırlanır. Belə ki, müqavilənin əsl məqsədi BRICS-ə qarşı təzyiqi artırmaq və bu təşkilata qarşı mübarizəni genişləndirməkdir.
Gizli sənədin müddəaları bu ayın 3-5-də Parisdə keçirilən TiSA-ya üzv dövlətləri nazirlərinin görüşündən əldə edilib.
Xatırladaq ki, hələ ötən il «WikiLeaks» TiSA iştirakçılarının qlobal maliyyə xidmətləri bazarlarının daha da tənzimlənməsinə yönəlmiş bir bəyanatını yaymışdı.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info