Avropa mediası azadlığını itirib
Tarix: 04.06.2015 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


Avropa qitəsinə daxil olan ölkələrdə fəaliyyət göstərən jurnalist təşkilatlarının illik toplantısı keçirilib. Monteneqronun Budva şəhərində 01-03 iyun 2015-ci il tarixlərində keçirilən toplantıya Avropanın 40 ölkəsindən 49 jurnalist təşkilatı qatılıb. Avropa Jurnalistlər Federasiyasının təşkilatçılığı və ATƏT-in dəstəyi ilə keçirilən toplantıda Azərbaycandan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) iştirak edib.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, ATƏT və Avropa Birliyi təmsilçilərinin də qatıldığı tədbir “Avropa məkanında medianın spesifik problemləri və yeni çağırışlar” mövzusuna həsr edilib: “Tədbirin şüarı bu oldu ki, qlobal media məkanının mütərəqqi inkişafında lokomotiv rolunu oynamalı olan Avropa mediası özü ciddi sınaqlarla üz-üzə qalıb. Xüsusi olaraq media sahibkarlığı məsələsində qeyri şəffaflığın artması, nüfuzlu media qurumlarının qeyri-rəsmi güclərin təsir dairəsinə düşməsi və onların maraqlarının təmsilçisinə çevrilməsi; reklam işinin media üçün gəlir mənbəyi olmaq mahiyyətini itirərək iri korporasiyalar üçün maliyyə maxinasiyası vasitəsinə çevrilməsi; redaksiyalarda peşəkar jurnalist heyətlərinin kütləvi ixtisar edilməsi, əmək hüquqlarının qorunmaması, əmək haqqının azlığı kimi səbəblərdən media məkanında qeyri-peşəkarlığın sürətlə artması; jurnalist ölümü hallarının çoxalması, jurnalst təhlükəsizliyi məsələsinin aktuallaşması; onlayn medianın inkişafı ilə əlaqədar olaraq müəllif hüquqlarının qorunması məsələsində problemlərin yaranması konfransda ciddi müzakirə edildi”.
Müşfiq Ələsgərli bildirib ki, beynəlxalq jurnalist təşkilatlarında narahatlıq doğuran digər bir məqam, sadalanan problemlərin ayrı-ayrı ölkələr üçün deyil, ümumilikdə Avropa məkanı üçün xarakterik hala çevrilməsidir: “Konkret nümunələr gətirilərək isbat edildi ki, sadalanan problemlər ucqarlar üçün deyil, Avropanın mərkəzi və inkişaf etmiş dövlətləri üçün də xarakterik hala çevrilməkdədir”.
JuHİ sədri bildirib ki, konfrans iştirakçıları neqativ tentensiyaların qarşısının alınması üçün, media qurumları arasında həmrəyliyin artırılmasının, əlaqələrin gücləndirilməsinin zəruri olduğu fikrini bölüşüblər.
Konfrans çərçivəsində Rusiya Jurnalistlər Birliyi ilə Ukrayna Media İşçilərinin Həmkarlar İttifaqı arasında dioloq keçirilib. Hər iki qurum Rusiya və Ukrayna arasında yaşanan gərginliyə rəğmən, münaqişə bölgəsində fərliyyət göstərən jurnalistlərin hüquqlarının müdafiə edilməsi yönündə əməkdaşlıq etmək barədə qərar veriblər.
JuHİ mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info