Fransada Azərbaycan-İsrail əlaqələrindən bəhs edən yazı
Tarix: 04.06.2015 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Fransada İsrailin beynəlxalq aləmdə həqiqi yerini nümayiş etdirməsi məqsədiylə elmi axtarışlar və ixtiralar, yüksək texnologiyalar, biznes, sənaye və beynəlxalq əməkdaşlıqlar mövzularında yazılan ilk elmi-metodik məqalələrin dərc olunduğu məşhur “Israel Science İnfo” jurnalının sonuncu nömrəsində (16) azərbaycanlı, Fransanın Montesquieu Universitetinin siyasi elmlər üzrə məzunu Səid Musayevin fransız dilində “İsrail-Azərbaycan məhsuldar əməkdaşlığı”ndan bəhs edən məqalə dərc olunub.
Məqalədə Səid Musayev Bakı ilə Tel-Avivin geniş və isti dostluq əlaqələrinin saxlanıldığının qeyd olunması, son illər iki ölkə arasında mövcud strateji və elmi akademik sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycanda kökləri olan israillilərin roluna xüsusi diqqət yetirilir.
Cənubi Qafqazda iqtisadi baxımdan dinamik inkişaf edən müstəqil dövlət olan Azərbaycanın bu regionun ümumi daxili məhsulunun (ÜDM) 80%-ni təşkil etdiyini, 2014-cü ildə İsrail və Azərbaycan arasında xarici ticarət dövriyyəsinin 4 milyard $(dollar)-a çataraq Müstəqil Dövlətlər Birliyi (MDB) arasında Azərbaycanın İsrailin birinci ticarət tərəfdaşı olmasını müəllif məqalədə qeyd edir.
2009-cü ilin iyun ayında İsrail prezidenti Şimon Peresin 3 nazir və 60 iş adamının müşaiəti ilə Azərbaycana etdiyi ilk rəsmi dövlət səfərinin baş tutduğunu xatırladan müəllif bu səfərin iki ölkə arasında əlaqələrin yeni mərhələsi kimi qiymətləndirir. İsrailli həmkarı ilə görüş zamanı Azərbaycan prezidenti İlham Əliyevin çıxış nitqinin “Sizin səfəriniz Azərbaycan üçün olduqca önəmlidir və biz İsraillə Ölkəmiz arasında iqtisadiyyat, diplomatiya və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlıyıq” qeyd olunduğu məqalədə səfər zamanı İsrail və Azərbaycan arasında iki mühim müqavilənin(müqavilələrdən biri kommunikasiya, digərinin isə elm, təhsil və texnologiyalar sahəsində) imzalanması oxucularla paylaşılır.
İki ölkə başçısının görüşünün nəticəsi olaraq Azərbaycanın müdafiə və hərb sahəsində İsrailin “Aeronautics Defense Systems Ltd” şirkətinin Bakıda hava məkanından müdafiə sistemini gücləndirmək məqsədiylə zavodun tikilməsi ilə bağlıq razılıq əldə olunmuşdur. İmzalanmış müqavilələrə görə İsrail inşaat şirkəti «Binui & Shikun» və Azərbaycan tərəfdən icraçı şirkət «Azəryolservis ASC» birgə regional əhəmiyyətli Şərq-Qərb, Avropa-Qafqaz-Asiya nəqliyyat korridorunun (TRACECA: Transport Corridor Europe-Caucasus-Asia) tərkib hissəsi olan ümumi dəyəri 345 milyon $-lıq 145 km Bakı-Şamaxı-Yevlax avtomabil yolunun Muğanlı-Yevlax hissəsinin inşa olunmasında razılıq əldə etmişlər.
Müəllif məqalədə Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi və zəngin hidrogen ressurslara sahib olması, ən əsası isə enerjinin İsrail-Azərbaycan strateji əməkdaşlığında əsas sütunlarından birini təşkil etməsini vurğalayır. Azərbaycanın Xəzər hövzəsinin şərq-qərb keçidində yerləşməsi amili bu ölkəyə zəngin enerji resurlarına malik Mərkəzi Asiya ölkələriylə əhəmiyyətli nəqliyyat, enerji qovşaqlarının qurulmasına imkan verir.
Azərbaycanın enerji əməkdaşlığının İsrailin enerji təhlükəsizliyi üçün son dərəcə əhəmiyyətli olduğunu qeyd edən Səid Musayev bu gün İsraillilərin neftə olan tələbatın 40%-nin Azərbaycan tərəfindən təchiz olunduğunu oxucuların diqqətinə çatdırır. Müəllifə görə İsrail kimi regionda öz qonşuları ilə infrastruktur baxımından kasıb inteqrasiya etmiş bir ölkə üçün neft ticarəti enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi önəm daşıyır. 2014-cü ildə Azərbaycanın İsraili 2.5 milyon ton neftlə təmin etməsini xatırladığı məqalədə Azərbaycanla əməkdaşlığın İsrail üçün həm öz neft təchizatının diversifikasiyası, həm də etibarlı bir enerji təminatçısına sahib olmasına şərait yaratdığı qeyd olunur.
Müəllif hesab edir ki, İsrail Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrindən Qərb enerji bazarına nəql olunacaq neft-qaz layihələrindən daha çox fayda götürə bilər. Bu İsrailə həm enerji təchizatlarını şaxələndirməyə, həm də münasib qiymətə bol enerji əldə etmək imkanı verəcək. 2011-ci ilin payızında Azərbaycan Dövlət Neft şirkətinə (SOCAR) məxsus bir filial olan Xəzər Qazma şirkəti İsrailin Med Ashdod neft yatağında 5% hissə payına sahib olması, habelə bunun SOCAR-a İsrail sahillərindən 16 km aralıqda yerləşən offshore zonada qazıntı işləri aparacaq əsas oyunçulardan birinə çevirəcəkdir. Müəllif bu layihənin SOCAR şirkətinin Azərbaycandan kənarda həyata keçirdiyi birinci qazıntı və neft hasilatı əməliyyatı olduğuna işarə edərək iki ölkələrarası münasibətlərin əhəmiyyətini vurğulayır.
2013-cü ildə iki ölkə əməkdaşlığını daha da genişləndirmək məqsədiylə İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı (İƏİT) yanında daha effektiv əməkdaşlıq naminə İsrail-Azərbaycan inkişaf forumu təsis olunmuşdur. Ölkələrarası əlaqələrin inkişaf dinamikası 2013-cü ilin aprel ayında Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun xüsusi nümayəndə həyətinin müşaiəti ilə İsrailə etdiyi səfər zamanı İsrailin Baş naziri Benjamin Netenyahu, prezidenti Şimon Perez, nazirlərlə və iş adamları ilə, habelə Azərbaycanlı və İsrailli icma rəhbərləri ilə həyata keçirdiyi görüşlərlə daha da güclənmişdi.
Məqalədə İsrail-Azərbaycan arasında ikitərəfli münasibətlərin yeni mərhələsinin məhz 1997-ci ilin avqustunda İsrailin Baş naziri Benjamin Netenyahunun Bakıya etdiyi səfər zamanı Ulu Öndər, Azərbaycan dövlət başçısı Heydər Əliyevlə keçirdiyi görüş nəticəsində daxil olması qeyd olunur. Netenyahu ilə görüş zamanı Ulu Öndər Heydər Əliyevin “Azərbaycanla Azərbaycanda yaşayan yəhudilərin uzun sürən geniş dostluğunun olduğunu, Azərbaycanda yəhudilərin əsrlərboyu sülh şəraitində yaşadıqlarını, onların Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşları və Azərbaycanın onların Vətənləri olduqları, bütün bunların əməkdaşlığımız üçün əlverişli şərait yaradır”çıxış nitqinə yer verilərək iki ölkənin bugünkü münasibətlərinin bərqarar olunmasında oxuculara tarixi xronologiya çatdırılır.
Məqalədə İsrail-Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin mövcud olmasını təsdiq edəcək İsrailin Haifa Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında 2014-cü ilin noyabr ayında universitetlərarası elmi əməkdaşlıq haqqında niyyət protokolunun imzalanması, həmçinin Dillər Universitetində 2012-ci ildən bəri Azərbaycanlı tələbələrə İsrail və Yaxın Şərq regionunu, habelə, ivrit dilinin öyrədilməsi məqsədiylə İsrail və Yaxın Şərqşünaslıq mərkəzinin fəaliyyət göstərməsi qeyd olunur.
Məqalənin sonunda İsrail-Azərbaycan əlaqələrinin dinamik inkişafına cavab olaraq İsraildə Azərbaycan yəhudilərindən ibarət Kongres yaradılması qeyd olunur. Bir sözlə İsrail-Azərbaycan əməkdaşlığı möhkəm sütunlar üzərində inkişaf edir.
Xatırladaq ki, Səid Musayev “The Times of Israel” elektron jurnalında multikulturalizm və mədəniyyətlərarası dialoq platforması üzərində bloggerlik edir.
İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info