Bolqarıstan da «Şahdəniz»dən qaz umur
Tarix: 28.01.2013 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Bolqarıstanın “Bulgargaz” dövlət qaz şirkəti “Şahdəniz II” layihəsi çərçivəsində qaz nəqli ilə bağlı Azərbaycanla danışıqlar aparır və ilin sonunadək müqavilə imzalamağı planlaşdırır. “Reuters”in xəbərinə görə, bunu şirkətin direktoru Dimitar Qoqov bildirib. O, almaq istədikləri “Şahdəniz” qazının həcmini açıqlamasa da, qeyd edib ki, bu, qaz nəqlinin təhlükəsizliyini təmin etməyə və tələbatı ödəməyə yetərli olacaq: “Çalışacağıq ki, 2018-ci ildən sonrakı daxili tələbatımızı təmin edəcək həcm məsələsində razılığa gələk”. D.Qoqov qeyd edib ki, ilkin razılaşmanın yaxın vaxtlarda, yekun razılaşmanın isə 2013-cü ildə - “Şahdəniz” haqqında yekun investisiya qərarının verilməsindən sonra imzalanması planlaşdırılır. Qeyd edək ki, tamamilə Rusiya qazından asılı olan Bolqarıstanın illik qaz tələbatı 3 mlrd. kubmetrdir. Bu göstəricinin 2020-ci ilədək 4,4-6 mlrd. kubmetrə çatması gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info