Bəxtiyar Vahabzadə yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb
Tarix: 05.06.2015 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu qurumun Gənc Alim və Mütəxəssislər Şurası ilə birgə təşkil edilmiş, xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunan “Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konfransı keçirilib.
Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov B.Vahabzadənin milli ədəbi fikrin inkişafına verdiyi dəyərli töhfələrdən danışıb, konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarından olan B.Vahabzadənin zəngin yaradıcılığından söz açan akademik bildirib ki, sənətkarın yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb. Azərbaycan fəlsəfəsini, dilini, poeziyasını dünyaya çatdırmaq üçün söz daşıyıcısı B.Vahabzadənin yaradıcılığını öyrənməyin zəruriliyindən danışan R.Hüseynov azərbaycançılıq fəlsəfəsinin var olduğu müddətdə bu fəlsəfənin tərkib hissəsinə çevrilmiş B.Vahabzadənin də daim yaşayacağını vurğulayıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Xalq şairi B.Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Prezidentin 2015-ci il 14 yanvar tarixli Sərəncamı görkəmli ədəbiyyatşünas və ictimai xadimin əməyinə verilən yüksək qiymətin parlaq nümunəsidir. Vurğulanıb ki, dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş B.Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib. Sonra alimlərin “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının Atatürkə münasibəti”, “1960-70-ci illər Azərbaycan nəsrində insan konsepsiyası və ədəbi tənqid”, “Müasir dramaturji mühitin janr tələbləri. Tragikomediya” mövzusunda məruzələri dinlənilib. Konfrans işini “Bəxtiyar Vahabzadə və Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusu”, “Bəxtiyar Vahabzadə və Azərbaycan dramaturgiyasında tarixilik”, “İnsan konsepsiyası və bədii qəhrəman”, “Türk dünyası ədəbi əlaqələrinin keçmişi və bu günü”, “Müasir Azərbaycan ədəbiyyatında sənətkarlıq problemi” bölmələri üzrə davam etdirib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
“Bakcell” və “Premium Bank” arasında əməkdaşlıq memorandumu imzalanıb
24.01.2019
Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək verilməsinə dair layihə başa çatıb
24.01.2019
Polis Lerikdə 270 qram marixuana müsadirə edib
24.01.2019
“Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib
24.01.2019
“İlin peşəkar gənci” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info