Britaniya parlamentində “Bakı-2015”-lə bağlı qəbul keçirilib
Tarix: 05.06.2015 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


Lord Addinqton: “Bakı-2015” Avropa qitəsi üçün yeni və təqdirəlayiq bir təcrübə olacaq”

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı Böyük Britaniya parlamentinin Nümayəndələr Palatasının “Çörçil” zalında qəbul keçirilib. Tədbirdə Londondakı diplomatik korpusun nümayəndələri, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, burada yaşayan həmvətənlərimiz və müxtəlif universitetlərdən tələbələr iştirak ediblər. Britaniya parlamentinin üzvü Lord Addinqton beynəlxalq idman tədbirlərinin müxtəlif mədəniyyətləri və mentalitetləri bir araya gətirmək baxımından əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, “Bakı-2015” Avropa qitəsi üçün yeni və təqdirəlayiq bir təcrübə olacaq. Lord Addinqton birinci Avropa Oyunlarının təşkilatçılarına və Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən danışan TEAS-ın sədri Tale Heydərov bildirib ki, “Bakı-2015”in həyəcanını bütün Azərbaycanda hiss etmək mümkündür. Gənc ölkə olmağımıza baxmayaraq, beynəlxalq idman tədbirinə ev sahibliyi etmək Azərbaycanın qısa müddətdə sürətli inkişafının, Prezident İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkəmizin tarixən bir çox cəhətlərinə görə dünyada tanındığını deyib. O, “Bakı-2015” birinci Avropa Oyunları ilə Azərbaycanın Avropada və dünyada idman sahəsində daha yaxşı tanınacağını bildirib. “Bakı-2015”in başlamasına çox az vaxt qaldığını qeyd edən diplomat Avropa Oyunlarına hazırlıq prosesi və təşkilatçılıq haqqında məlumat verib. Səfir Avropanın 50 ölkəsindən 6 mindən çox atletin mübarizə aparacağı bu çoxşaxəli idman bayramının yüksək səviyyədə keçiriləcəyindən əminliyini ifadə edib. Oyunların Avropa idmanında tarixi hadisə olacağını vurğulayan T.Tağızadə qonaqları mötəbər idman tədbirini izləmək üçün Bakıya dəvət edib. Britaniya parlamentinin üzvü Bob Bləkmən “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirib. O, qısa müddətdə ölkəmizdə yaradılan idman infrastrukturunun möhtəşəm olduğunu qeyd edib. Britaniya ilə Azərbaycan arasındakı münasibətlər haqqında məlumat verən deputat dostluq və əməkdaşlığımızın davam edəcəyinə ümidvar olduğunu bildirib. Tədbirdə, həmçinin birinci Avropa Oyunları barədə videoçarx nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info