RYTN Avropa Oyunları ilə bağlı qərar qəbul edib
Tarix: 05.06.2015 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Kollegiyası I Avropa Oyunlarının telekommunikasiya, internet, mobil və radiorabitə xidmətləri, radiotezliklərlə təminatı, informasiya təhlükəsizliyi, telekommunikasiya şəbəkə və obyektlərinin dayanıqlığının hazırlıq vəziyyəti haqqında qərar qəbul edib.
Qərara əsasən, sadalanan istiqamətlər üzrə görülmüş işlərin lazımi səviyyədə yerinə yetirilməsi və başa çatdırılması nəzərə alınmalıdır. Qərarda qeyd olunur ki, I Avropa Oyunlarına hazırlıq ərəfəsində və Oyunların keçiriləcəyi müddətdə RYTN-in öhdəliklərinin lazımi səviyyədə icra edilməsi nəzarətdə saxlanılacaq. RYTN-də iyunun 30-dək Oyunlarla əlaqədar “Qaynar xətt” xidməti fəaliyyət göstərəcək.
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) İnteqrasiya qrupunun iclaslarında iştirak təmin ediləcək və iclasların qərarları üzrə müvafiq tədbirlər görülək. RYTN-in birlik və müəssisələri, mobil və özəl telekommunikasiya operatorlarına BAOƏK-lə razılaşdırılaraq nazirlikdən göndərilmiş müvafiq tapşırıqların icrasına ciddi nəzarət ediləcək.
BAOƏK-in Texniki Əməliyyat Mərkəzinin fəaliyyəti nəzarətdə saxlanılacaq və RYTN-in öhdəlikləri üzrə yarana biləcək problemlərə dair operativ tədbirlər görüləcək. Bakı şəhərinin zəruri ərazilərində “Wi-Fi” xidmətlərinin keyfiyyətinə nəzarət təmin ediləcək. Mobil rabitə xidmətləri üzrə aparılmış monitorinqin nəticələrinin aradan qaldırılması üzrə tədbirlər görüləcək.
I Avropa Oyunları ilə əlaqədar olaraq BAOƏK-ə ayrılmış tezliklərin müdafiəsi və efirin monitorinqinin aparılması üzrə tədbirlər ciddi nəzarətlə davam etdiriləcək.
Oyun və təşkilati məkanlara çəkilmiş optik və mis kabellərin normal fəaliyyəti, mühafizəsi təmin ediləcək və ciddi nəzarətdə saxlanılacaq, bu məkanlara çəkilmiş stasionar telefonların normal işi təmin ediləcək.
I Avropa Oyunlarının “Azerspace-1” peyki üzərindən yayımının təşkilinə ciddi nəzarət ediləcək. Mingəçevir Kür İdman Mərkəzinin və Atletlər kəndinin BAOƏK-in Bakı şəhərində qurulmuş data mərkəzləri və Beynəlxalq Yayım Mərkəzi ilə keyfiyyətli rabitəsinə və magistral kabellərin mühafizəsinə ciddi nəzarət təmin ediləcək. Xüsusi Dövlət Mühafizə Xidmətinin Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən dövlət və strateji saytların mühafizəsinin və “Tetra” radio avadanlıqların işinin nəzarətdə saxlanıldığı nəzərə alınacaq. “Delta Telekom LTD” MMM tərəfindən Oyunlara tələb olunan internetin tutumunun və təhlükəsizliyinin təmin ediləcəyi barədə Kollegiyaya təqdim edilmiş təqdimat nəzərə alınacaq. Elektron Təhlükəsizlik Mərkəzi İSP-lərin internet xidmətlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə işləri davam etdirəcək.
“Azercell Telekom” MMC, “Bakcell” MMC və “Azrefon” MMC respublika ərazisində və magistral avtomobil yollarında, xüsusilə oyun və təşkilati məkanlarda “2G”, “3G”, “4G” mobil xidmətlərinin yüksək keyfiyyətlə göstərilməsini təmin edəcək.
Qərarın icrasına nəzarət nazirin birinci müavini İltimas Məmmədova tapşırılıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info