Vergi siyasətinin səmərəliliyini artırmaq yolları müəyyənləşib
Tarix: 05.06.2015 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi vergi sisteminin inkişafının gələcək istiqamətlərini müəyyənləşdirib. Bunu vergilər nazirinin müşaviri Ələkbər Məmmədov "Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu" mövzusunda elmi-praktik konfransda deyib.
Onun sözlərinə əsasən, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının məqsədlərinə çatmaq üçün vergi sistemi qarşısında vacib vəzifələr dayanır: "Bununla əlaqədar Vergilər Nazirliyi 22 strateji məqsəd müəyyənləşdirib və hazırda onlara nail olmaq üçün fəal iş aparılır".
Vergilər Nazirliyi 2021-ci ilədək 22 strateji məqsədə nail olmaq üçün vergi sistemində 85 tədbirin reallaşdırılmasını planlaşdırır. Bura Azərbaycanın vergi qanunvericiliyinin təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin reallaşdırılması və onu Avropa İttifaqı və Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması, elektron auditin inkişafı, nağdsız hesablaşmaların stimullaşdırılması, elektron kommersiya çərçivəsində vergi nəzarətinin təşkili və s. daxildir.
Ə.Məmmədov qeyd edib ki, bu məqsədlər vergi siyasətinin səmərəliliyini artırmaq üçün yeni elmi praktiki ideyalar, eləcə də elmi araşdırmalar tələb edir. Nazirlik rəsmisi müşavir vergi əməkdaşlarının ixtisaslarının artırılması üzrə işlərin vacibliyini vurğulayıb və əlavə edib ki, 2014-cü ildə vergi orqanları əməkdaşlarının 63 faizi müvafiq tədris alıblar: "Konfransın əsas məqsədi elmi işçilər və vergi orqanları əməkdaşları arasında əməkdaşlığın yaradılmasıdır. Qarşımıza qoyulan məqsədlərə elmi metodlarla çatmaq istəyirik, buna görə də elm və vergi sistemi arasında əməkdaşlığı möhkəmləndirmək lazımdır".
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info