“Bakı -2015”-ə həsr edilən şokolad tablosunun təqdimat mərasimi keçirilib
Tarix: 05.06.2015 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


Əbülfəs Qarayev: “Bakıdakı mehmanxanaların 95 faizi lisenziya ilə fəaliyyət göstərir”

Muzey Mərkəzində “Nikolya” Şokolad Muzeyinin nümayişi çərçivəsində “Bakı 2015” Avropa Oyunlarına həsr edilən şokolad tablosunun təqdimat mərasimi keçirilib. Dünyada ən böyük şokolad tablo hesab olunan və çəkisi 200 kiloqram olan əsərin təqdimatında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Amerikanın Azərbaycandakı səfiri Robert Cekuta, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, müəllif Nikolay Popov və başqaları iştirak edib. Nazir Əbülfəs Qarayev bildirib ki, əsərdə I Avropa Oyunları əks olunaraq tədbirin mahiyyətini özündə ehtiva edib:
“Muzey Mərkəzində şokoladdan təqdim olunan bütün əsərlərdə Bakının ruhu, mühiti, abidələri doğru və dəqiq göstərilib. Mən sevinirəm ki, biz bu əsərin təqdimatını keçirə bildik və ümid edirəm, əsər I Avropa Oyunlarına bizim gözəl töhfəmiz olacaq. Oyunlarla bağlı ölkə ərazisində olan bütün mədəniyyət müəssisələrində müxtəlif mədəni tədbirlər keçiriləcək. Eyni zamanda Oyunların başa çatmasına az qalmış muzeylərə sərbəst giriş təmin olunacaq ki, qonaqlar mədəniyyət müəssisələri haqqında geniş bilgiyə sahib olsunlar”. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Sayman Kleq şokolad tablosunun idman tədbirinə aid edilməsini müsbət qiymətləndirib: “Sərginin açılışında iştirak etməkdən məmnunam. Bu, Bakı Oyunlarını əhatə edən vacib tədbirdir. Növbəti üç həftədə bütün dünyanın gözü Azərbaycanda olacaq. Bu tədbirə mədəniyyət sahəsinin də töhfə verməsi, əlbəttə, bizi sevindirir”. Qeyd edək ki, şokolad ustası Nikolay Popov sərgi üçün Azərbaycana və paytaxt Bakıya həsr olunmuş silsilə şokolad incəsənət əsərləri yaradıb. Bu sırada 70 kiloqramdan artıq Qız Qalası, Hökumət evi, Muzey Mərkəzi, Akademik Opera və Balet Teatrı, “Alov qüllələri”, meyvə və güllər, şokolad manqal və digər əsərlər yer alıb. Sərgi iyunun 28-dək davam edəcək. Qeyd edək ki, nazir Əbülfəs Qarayev bildirib ki, turizm şirkətləri insanların səyahətləri ilə bağlı vauçer hazırlayırlar. Həmin vauçerlər ciddi hesabat formasıdır. Müqavilə bağlamayan şirkətlər qanun pozuntusuna yol verirlər. Onlar müqavilə bağlamırlarsa, deməli, vergilərdən yayınmaq istəyirlər: “Əgər belə faktlar varsa, mütləq bizə xəbər versinlər ki, müvafiq lisenziyanın qanuniliyini nəzərdən keçirək. Amma mənim bildiyimə görə, belə faktlar yoxdur. Çünki indiyə qədər elə hal olmayıb ki, Azərbaycan vətəndaşı səfərə getsin və məhz bu cür faktlara görə hər hansı əziyyəti çəksin, yalanla üzləşsin, xidmətdən narazı olsun. Əvvəllər bir-iki dəfə olub, amma belə halların qarşısını almışıq. Bizim məqsədimiz odur ki, öz vətəndaşlarımız üçün lazımi şəraiti yaradaq. Bu gün Bakıdakı mehmanxanaların 95 faizi lisenziya ilə fəaliyyət göstərir”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info