Baltik dənizində 17 ölkənin və 40 hərbi gəminin iştirakı ilə təlimlər başlayıb
Tarix: 05.06.2015 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


Polşanın şimalında BALTOPS-15 təlimləri başlayıb. Bu barədə informasiya respublikanın Müdafiə Nazirliyi tərəfindən yayılıb.
TASS informasiya agentliyi xəbər verir ki, iyunun 8-dək Qdansk limanına 15 ölkənin 40 gəmisi daxil olacaq. Manevrlərdə, həmçinin 17 ölkədən - Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Niderland, Kanada, Litva, Latviya, Almaniya, Norveç, Polşa, İsveç, Türkiyə, Böyük Britaniya və ABŞ-dan olan 5 min əsgər iştirak edəcək. Polşa Müdafiə Nazirliyinin məlumatına əsasən, təlimlərin məqsədi Vaşinqton sazişinin 5-ci maddəsi çərçivəsində NATO və tərəfdaş ölkələrin Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və piyadaların iştirakı ilə Baltik dənizi rayonunda birləşmiş beynəlxalq dəniz və quru əməliyyatlarının keçirilməsidir. “Manevrlər zamanı əsas diqqət gəmilər qrupunun müştərək işinə və koordinasiyasına yönəldiləcək ki, bu da təlim səviyyəsinin yüksəlməsinə imkan verəcək”, - deyə Müdafiə Nazirliyi qeyd edib. Baltik dənizində BALTOPS təlimləri 1972-ci ildən keçirilir. Əvvəlcə təlimlərdə yalnız NATO üzvləri iştirak edirdilər. 1993-cü ildən isə manevrlərə digər dövlətlər, o cümlədən 2004-cü ildə alyansa üzv olan Polşa da dəvət edilir. Bu dəfə təlimləri Varşava qəbul edir. BALTOPS uzun illərdən bəri ilk dəfə Rusiyanın iştirakı olmadan keçirilir.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Erməni müxalifəti: Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb
23.02.2019
Rusiyaya gələn miqrantların sayı azalır
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info