Qafqaz Universitetinin TEMPUS Proqramı çərşivəsində ən böyük layihəsi
Tarix: 28.01.2013 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetində Avropa Birliyinin TEMPUS Proqramı çərşivəsində universitetin qazanmış olduğu “Kompyuter Bilikləri Sahəsində Milli Test Mərkəzlərinin” yaradılması layihəsinin açılış mərasimi keçirilib. Tədbiri Qafqaz Universitetinin prorektoru professor Cihan Bulud açıb və bildirib: “Bu layihədə 5 Avropa universiteti və 11 yerli universitetin nümayəndəsi iştirak edir. Latviya, Litva, İspaniya, İsveç və Polşa universitetlərinin nümayəndələrinin də iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində biliklərin artırılmasından və onların ölçülməsindən ibarətdir. Bundan başqa, layihə çərçivəsində bu test mərkəzlərinin Azərbaycanda qurulması üçün yerli mütəxəssislərin müəyyən müddətlərdə adları qeyd olunan ölkələrdəki universitetlərə ezam olunmaları, oradakı təcrübəni yaxından öyrənərək Azərbaycanda tətbiqi nəzərdə tutulub. Üç illik müddəti olan layihə 2015 ci ilin oktyabr ayında başa çatacaq.
C.Bulud qeyd edib ki, layihənin yekununda Azərbaycanın müxtəlif universitetlərində sertifikatlaşdırılmış test mərkəzləri fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, bu, Qafqaz Universitetinin TEMPUS proqramı çərçivəsində əldə etdiyi ən böyük layihədir. Ancaq bundan başqa Qafqaz Universiteti 2008-ci ildən Avropa Birliyinin bir çox layihələrində də iştirak etməkdədir. Hazırda bu layihələrin sayı 6-dır və bu layihələr universitetin beynəlxalq ictiamiyyətdə tanınmasında və dünya təcrübəsinin Azərbaycana gətirilməsində əhəmiyyət kəsb edir.
Qeyd edək ki, tədbir iki gün davam edəcək.

İlkin







 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info