“Müstəqil dövlət olaraq öz təqvimimizdən istifadə etməliyik”
Tarix: 08.06.2015 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin ölkədə yayımlanan bəzi televiziyalarda fərqli azan vaxtlarının verilməsi və bunun məzhəblərarası mübahisələrə yol açması ilə bağlı Komitəyə etdiyi müraciətə münasibət bildirib.
M. Qurbanlı bildirib ki, hazırda Komitə bu məsələ ilə məşğul olur, hazırda bir televiziyada bu faktın olması aşkar olunub.
M. Qurbanlı deyib ki, onlar da Şeyxülislamın narahatlığı ilə razıdırlar və ölkədə başqa təqvimlə, başqa meyarlarla dini təqvimlərin, göstəricilərin yayılması düzgün deyil: “Aparılan araşdırma nəticəsində "Interaz" televiziyasında belə hala yol verildiyi aşkarlanıb. Hüquqi tərəfdən bunu araşdırmaq bizə aid olduğu üçün biz bu televiziyaya öz iradımızı bildirəcəyik. Çünki Azərbaycanda oturub, başqa ölkənin namaz vaxtını elan edirsənsə, bu, qeyri-normal haldır. Azərbaycanda Şamaxı Rəsədxanasının QMİ ilə birgə tərtib etdiyi çox düzgün dini təqvimlər var, biz də müstəqil dövlət olaraq öz təqvimimizdən istifadə etməliyik”.
Komitə sədri deyib ki, həmin televiziya komitənin iradından nəticə çıxarmasa, o zaman rəsmi olaraq Milli Televiziya və Radio Şurasına müraciət olunacaq, qanun çərçivəsində ölçü götürüləcək.
M. Qurbanlı onu da deyib ki, bununla bağlı komitənin monitorinqi davam edir və başqa televiziya, o cümlədən digər mətbuat vasitələrində eyni hal aşkar olunarsa, dərhal tədbirlər görüləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info