IDEA-nın “yaşıl şəhər”, tullantılar və onların təkrar istifadəsi təlimi
Tarix: 08.06.2015 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


"Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib. İyunun 6-da IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 5-8 yaşlarında olan uşaqlar üçün “yaşıl şəhər”, tullantılar və onların təkrar istifadəsi mövzusuna həsr olunmuş növbəti təlim keçirilib.
IDEA-dan verilən məlumata görə, təlim zamanı uşaqlara avtomobillərin ətraf mühitə zərəri və ekoloji təmiz nəqliyyat vasitələri, o cümlədən velosipeddən istifadənin üstünlükləri izah edilib.
Bununla yanaşı, dünyanın ekoloji cəhətdən təmiz və çirkli şəhərləri barədə geniş məlumatlar verilib. “Kiçik ekoloqlar” ətraf mühitin təmiz saxlanması naminə tullantıların azaldılması, təkrar istifadəsi, həmçinin “davamlı şəhərin” qurulması yolları ilə də yaxından tanış olublar.
Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışmalarında və müxtəlif müsabiqələrdə, bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak etmiş, tullantıların təkrar emal prosesini müşahidə etmiş və tullantılardan incəsənət nümunələri hazırlayıblar.
IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca altıncı təlim olan iyun laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də “davamlı şəhər” anlayışını erkən yaşlarından qavramaları baxımından faydalı olub.
“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində keçiriləcək növbəti təlimlər barədə məlumat mətbuatda, IDEA İB-nin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Ntv.com.tr”: “Azərbaycanda İlham Əliyevdən Novruz əfvi”
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info