Milli Gimnastika Arenasının tikintisi vaxtında başa çatacaq
Tarix: 28.01.2013 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Arenada keçiriləcək ilk tədbir 2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatı olacaq


Bakıda inşa olunan Milli Gimnastika Arenasının (MGA) tikintisi üzrə işlər nəzərdə tutulmuş qrafik üzrə həyata keçirilir və kompleksin tikintisi müəyyən olunmuş vaxtda başa çatdırılacaq. Bu barədə jurnalistlərə açıqlamasında tikinti layihəsi üzrə direktor Fil Benson deyib. O qeyd edib ki, arenanın ümumi beton, qəlib işləri artıq başa çatdırılıb və hazırda tikintinin növbəti mərhələsinə start verilib.
Benson bildirib ki, hazırda dam örtüyünün tikintisi həyata keçirilir və artıq plana uyğun olaraq dam örtüyünün 3-cü hissəsi quraşdırılır.
Benson vurğulayıb ki, dam örtüyünün quraşdırılması ilə yanaşı, arenanın bir sıra mexaniki və elektrik işləri, o cümlədən qaynaq işləri, kompleksin fasadının işlənməsi, kompleks daxilində bir sıra quraşdırma işləri həyata keçirilir. O qeyd edib ki, arenanın tikintisində həm yerli, həm də xaricdən, o cümlədən Avropa ölkələrindən gətirilən materiallardan istifadə olunur.
Bensonun sözlərinə görə, arenanın bir çox əlavə imkanları mövcuddur, yəni burada gimnastika idman növündən başqa, digər idman növləri üzrə yarışlar, o cümlədən müxtəlif konsertlər, mədəni tədbirlər də keçirmək mümkün olacaq. Ümumilikdə kompleks 5 mərtəbədən ibarət olacaq. Arenanın digər imkanlarına gəldikdə, məişət əşyaları, qida və içki bölmələrindən ibarət 2 əsas şöbə, onlardan yuxarıda isə VIP şəxslər üçün müxtəlif ölçülü lojalar yerləşəcək. Həmçinin, arena meydançasına baxma imkanı yaradan 2 mərtəbəli restoran üçün geniş yer ayrılacaq. MGA beynəlxalq yarışlara ev sahibliyi edərkən beynəlxalq media və sponsorlar üçün müsahibə otaqları, media nəzarəti mərkəzi və sponsor otaqlarından başlamış mətbuat otaqlarına qədər müasir dünya standartlarına uyğun idman məkanlarına qoyulan bütün tələblərə cavab verəcək. Arenanı tamamlamaq üçün ətraf landşaft layihələşdirilir ki, burada da 300-dən çox avtomobilin saxlanması üçün yeraltı dayanacaq olacaq. Heydər Əliyev prospektində, "Koroğlu" metrostansiyası yaxınlığında tikilən Milli Gimnastika Arenasının tamaşaçı tutumu təqribən 6 min nəfər olacaq. Arenada keçiriləcək ilk tədbir 2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatı olacaq.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info