Azərbaycanın qurtuluş tarixi
Tarix: 08.06.2015 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin 194-cü məşğələsi keçirilib. 15 İyun Milli Qurtuluş günü münasibəti ilə, “Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda keçirilən məşğələni giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Saleh Məhərrəmov açıb. Rektor Milli Qurtuluş gününün tarixindən, XX əsrin sonlarında Azərbaycanda geniş vüsət alan milli azadlıq hərəkatından, ümummilli lider Heydər Əliyevin milli müstəqilliyin qazanılması və qorunub saxlanılmasındakı əvəzsiz rolundan danışıb. Qeyd olunub ki, dahi siyasətçi Heydər Əliyev 1993-cü ildə o zamankı rəhbərliyin dəvəti, xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməklə Azərbaycanı dövlət müstəqilliyini itirmək, vətəndaş müharibəsi, siyasi parçalanma kimi faciələrdən xilas edib. Məhv olmaq təhlükəsi ilə üz-üzə dayanan Azərbaycan məhz onun sayəsində bu bəlalardan qurtarıb, dinamik inkişaf edərək dünya dövlətləri sırasında layiqli yer tutub. Ulu öndərin müdrik siyasəti Azərbaycan Respublikası Prezident İlham Əliyev, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycan tarixi kafedrsının müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar müəllim Zəhmət Şahverdiyev mövzu ilə bağlı məruzə edərək bildirib ki, Heydər Əliyev uzaqgörən siyasəti, liderlik qətiyyəti, beynəlxalq siyasi nüfuzu ilə Azərbaycan dövlətçiliyini qurtuluş və nicat yoluna çıxarıb. Məruzəçi ötən əsrin 90-cı illərində baş verən ictimai-siyasi prosesləri o dövrün şahidi, tarixçi alim, bir vətəndaş ziyalı kimi şərh edərək vurğulayıb ki, Azərbaycan o dövrdə iqtisadi, siyasi, mədəni, hərbi böhran vəziyyətində idi. Lakin ümummilli liderin rəhbərliyi ilə ölkəmiz tezliklə siyasi xaos və parçalanmadan, yenidən müstəmləkəyə çevrilmək təhlükəsindən xilas oldu, hətta öz siyasi-iqtisadi strategiyasını müəyyənləşdirən güclü dövlətə çevrildi. Məruzəçi qeyd edib ki, bu dövr tarixçilər və siyasətçilər tərəfindən aşağıdakı mərhələlər üzrə xarakterizə olunur: 1) Heydər Əliyevin Moskvadan Bakıya, oradan da Naxçıvana gələrək xalqla yekdillik və həmrəylik nümayiş etdirməsi; 2) Heydər Əliyevin Naxçıvanda şəriksiz siyasi liderə çevrilməsi; 3) Heydər Əliyevin Naxçıvan Muxtar respublikası Ali Məclisini Sədri kimi siyasi fəaliyyətini genişləndirməsi; 4) xalqın tələbi ilə Azərbaycana rəhbər seçilməsi. Ümummilli liderin müdrik siyasətçi olması bir də onda öz təsdiqini tapıb ki, o, Azərbaycanın taleyini, dövlətçilik sükanını müstəqil dövlətçiliyi daha da təkmilləşdirib inkişaf etdirə biləcək bir siyasi xadimə etibar edib. Müasir Azərbaycanda, o cümlədən Naxçıvanda ən müxtəlif sahələrdə qazanılan mühüm uğurlar bunu bir daha təsdiq edir. Məşğələ diskussiya şəklində yekunlaşıb.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info