Politoloq: “Onlarla bir partiyada olmaqdan utanmalıdırlar”
Tarix: 08.06.2015 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


“Biz hər zaman öz çıxışlarımızda AXCP və bu kimi radikal müxalif qüvvələrin erməni lobbisi ilə əməkdaşlıq etməsini bildirmişik və bu gün də bunun şahidi oluruq. Bu şəxslər pultlar vasitəsi ilə xaricdən erməni lobbisi və bu lobbi ilə yaxınlığı ilə tanınan şəxslər tərəfindən idarə olunur”. Bu fikirləri politoloq Ramiz Alıyev AXCP-yə yaxınlığı ilə seçilən “Azadlıq” qəzetinin I Avropa Oyunları ərəfəsində bu oyunlarda iştirak edəcək Ermənistanın bayrağının Bakıda dalğalanması ətrafındakı mövqelərinə münasibət bildirərkən deyib.
Politoloq qeyd edib ki, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə kimlər qarşı çıxırsa, bu hər kəsə bəllidir: “AXCP-nin və ona yaxın mətbu orqanın boykot iddiaları bütünlüklə iflasa uğradı. Hansı ölkələrin adlarını çəkmişdilərsə, elə həmin ölkələr onları bir daha utandırdı. Düşünürəm ki, həmin partiyaya üzv olan insanlar partiya rəhbərliyinin və təmsilçilərinin bu kimi çıxışlarından, onlarla bir partiyada olmaqdan utanmalıdırlar. Ona görə ki, partiya üzvlərinə hörmətsizlik edərək erməni lobbisi ilə əməkdaşlıq edib Azərbaycan Respublikasına və onun əhalisinə xəyanət edirlər. Hakimiyyətə qarşı müxalifətdə olmaq olar, bu siyasi partiyaların fəaliyyət istiqamətidir ki, hakimiyyətdə təmsil olunsunlar. Ancaq dövlətə və dövlətçiliyə qarşı çıxmaq, xalqa xəyanət edərək əzəli düşmənlərimizlə eyni müstəvidə qərar tutmaq böyük cinayətdir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Sosial şəbəkələrdəki xaosu necə dayandırmaq olar?
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info